14:32 Cümə Axşamı, 16 Avqust 2018
SOSİAL

Azərbaycanda nənə və babaya 65 ildən sonra "Vağzalı" çalındı - Video

23:58, 16.05.201816085
Azərbaycanda nənə və babaya 65 ildən sonra
Göyçay rayonunda 65 il əvvəl ailə quran nənə və baba üçün Beynəlxalq Ailə Günü münasibətilə toy mərasimi təşkil edilib. 
 
AZXEBER.COM Xəzərxəbər-ə istinadən xəbər verir ki, Yenikənd kəndində yaşayan Vəli Məmmədovla Tovuz Məmmədova 1953-cü ildə ailə qursalar da, onlar üçün toy musiqisi indi çalınıb.
1953-cü ildə Vəlli Məmmədovla ailə quran Tovuz Məmmədovanın övladları, nəvələri, qohumları, Göyçay rayon icra hakimiyyətinin və qeydiyyat şöbəsinin nümayəndələri yaşlı və nümunəvi ailə başçılarını təbrik üçün onların yaşdıqları evə yığışıblar.

İxtisasca müəllim olan Vəli baba deyir ki, ailəni uzun ömürlü etmək üçün ilk olaraq tərəflər bir-birini başa düşməlidir.

Tovuz nənənin sözlərinə görə, hazırda gənc ailələrdə uşaqların sayı az olur. Amma 50 il əvvələ baxsaq, hər ailədə azı 4-5 övlad böyütmək mümkün idi.

Artıq 65 ildir ki, bir yerdə xoşbəxt ömür sürən Vəli baba və Tovuz nənə rayonda bir çox ailələrə nümunə göstərilir. Məmmədovlar ailəsinin 8 övladı, 20 nəvəsi və 10 nəticəsi var.

XƏBƏR LENTİ