01:02 Bazar Ertəsi, 20 May 2019
SOSİAL

Azərbaycanda oğlan sevdiyi qızı bıçaqladı - Qəribə səbəb

14:04, 13.05.20193447
Azərbaycanda oğlan sevdiyi qızı bıçaqladı - Qəribə səbəb
Şəmkirdə oğlan sevdiyi qızı bıçaqlayıb.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini İ.S. bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

İlkin məlumata görə, Şəmkirdəki marketlərin birində işləyən qız onu istəyən oğlan tərəfindən bıçaqlanıb. Səbəb isə qızın ona verilməməsi olub.

Cinayəti törədən şəxs artıq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ