Azərbaycanda ona fərari və yararsız dedilər, "qaçıb" Türkiyə tarixinə adını yazdırdı - Ramil Quliyev kimdir?

11 Avqust 2017, 12:24
AAA
Xəbər verdiyimiz kimi, azərbaycanlı idmançı Ramil Quliyev dünya çempionu olub. Bu medal 94 illik Türkiyə respublikasının Dünya Atletizm Çempionatında ilk qələbəsidir. Ramil ilk təbrik edənlərdən biri də Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan olub. 
 
AZXEBER.COM məsələnin aktuallığını nəzərə alaraq Ramil Quliyev haqda ətraflı məlumat hazırlayıb. 

Ramil Quliyev kimdir?
Ramil Quliyev — 29 may 1990-cı ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Azərbaycanlı yüngül atletdir.  

O 2008-ci ildə Azərbaycanı Yay Olimpiya Oyunlarında təmsil edib, təsnifat mərhələsində 20.78 nətucə göstərərək 1/4 finala adlayıb. 1/4 finalda isə 20.66 nəticə ilə 5-ci olub və mübarizəni dayandırıb.

Bu Olimpiya Oyunlarından sonra onun karyerasında maraqlı hadisələr baş verir. 2011-ci ildə Ramil Quliyev Azərbaycan vətəndaşlığından imtina edərək qardaş Türkiyə vətəndaşlığını qəbul etdi. Bu hadisə Azərbaycan Atletika Federasiyası tərəfində bir mənalı qarşılanmadı. Bu haqda bir qədər sonra...
 
Türkiyə vətəndaşlığını qəbul edən Ramil Quliyevin növbəti məqsədi 2012-ci ildə keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmək idi. Amma bu yarışlarda iştirak etmək üçün Azərbaycan Atletika Federasiyası tərəfindən xüsusi qərar verilməli idi. Amma gözlənilən qərar gəlməyincə Ramil Quliyev 2012 Yay Olimpiya Oyunları buraxmalı oldu.

2013-cü ildə Ramil Quliyev təmsil etdiyi ölkədə təşkil olunan Aralıq dənizi Oyunlarında 100 və 200 m. məsafəyə qaçışda gümüş medal qazandı. 2015-ci ildə Ramil Quliyev Cənubi Koreyanın Kvanju şəhərində Yay Universiada Oyunlarında bürünc medal qazandı.

2015-ci ildə Ramil Quliyev 7 illik fasilədən sonra Çin Xalq Respublikasının Pekin şəhərinə qayıtdı. Bir vaxtlar Pekin Milli Stadionunda Azərbaycan bayrağı ilə çıxış edən Ramil Quliyev bu dəfə Türkiyə bayrağı ilə həmin Stadiona qayıtdı. Dünya Çempionatında onun əsas məqsədi medal qazanmaq idi. Amma bu elədə yüngül deyildi. Onun yarışlarında Yamaykalı Useyn Bolt əsas favoritdir. Ramil Quliyev 200 m. Təsnifat mərhələsində 20.01 nəticə ilə birinci oldu. Yarım-finalda isə Ramil Quliyev 20.10 nəticə göstərərək finala adladı. Amma finalda Ramil Quliyev uğurlu çıxış edə bilmədi. O 20.11 nəticə ilə 6-cı yeri tutdu. Amma buna baxmayaraq o 2016 Yay Olimpiya Oyunlarına vəsiqə qazandı. Ramil Rio Olimpiya Oyunlarında qardaş Türkiyəni təmsil etdi, ardınca İslam Həmrəyliyinə qatılan Rami Bakıdan qızıl medalla döndü.
 
Nəhayət, 10 avqust tarixində Ramil adını dünya idman tarixinə yazdırdı. O Londonda keçirilən 16-cı dünya atletika çempionatının qalibi adını qazanıb.

20,09 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayan Ramil Quliyev dünya çempionu olub. Cənubi afrikalı Vayde Van Niekerklə Trinidad və Tobaqodan olan Cereem Riçards 20.11 saniyə ilə gümüş və bürünc medallara sahib çıxıb. 

Türkiyə idmanı tarixinə atletika üzrə ilk dünya çempionu kimi düşən Quliyev həm də bunu bacaran yeganə azərbaycanlı olub. Qızıl medal qazanan həmyerlimiz çempion tituluna yiyələndikdən sonra stadionda Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurub. Azərbaycan bayrağına bürünən Ramil təmsil etdiyi ölkənin rəmzini də əllərində saxlayıb.

Qeyd edək ki, bununla Hüseyn Boltun hegemonluğuna son qoyulub. Yamaykalı atlet son 4 dünya çempionatının qalibi idi.

 
Ramil Azərbaycandan niyə "qaçıb"?

Məlumata görə, Ramil ölkəmizdən getməsinə səbəb Atletika Federasiyasının prezidenti, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə  olub. O Ramillə şəxsi ədavətinə görə, idmançını yığmadan sıxışdırıb və buna etiraz edən Ramil Azərbaycanı tərk edib. 
 
Çingiz Hüseynzadə özü də bir neçə il öncə verdiyi müsahibəsində bu hadisəni dolayı yolla təsdiqləyib:
 
"Bilirsiniz, bu məsələnin medianı bu dərəcədə maraqlandırmasının səbəbini başa düşmürəm. Bu insan qaçıb gedib. Fəraridir. Qaçan adam özünə haqq qazandırmaq üçün nə istəsə, deyə bilər. 
 
Türkiyə tərəfdən kimsə onu hər hansı formada qıcıqlandıra, nə isə deyə bilər. Dediyi sözlər isə mənim üçün heç bir əhəmiyyət daşımır. Hesab edirəm ki, ümumiyyətlə, məsələni bu dərəcədə şişirtməyin əhəmiyyəti yoxdur. Yenə deyirəm: Bu adam sadəcə, fəraridir. Bu adam əsgərlikdə qulluq etməlidir. Ola bilər ki, bu, gözünün qabağına gəlib və qaçıb. Bu adam təhsil aldığı Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını atıb-qaçıb. 4-cü kursda təhsil aldığı halda, qış semestr imtahanlarını verməyib. Gəlib xahiş etsin ki, buna icazə verək, gedib Türkiyə klubunda çıxış etsin, sonra da Azərbaycan yığmasından imtina etsin. Bunlar əvvəlcədən planlaşdırılmış işlər idi. Bir əsas məqam da var ki, bu adam Türkiyəyə yollandığı 2010-cu ildə Azərbaycan yığmasının heyətində bir rəsmi yarışda belə iştirak etməyib. Müxtəlif bəhanələr gətirib. Əsasən, sağlamlığından şikayətlənib. Sonradan isə onun kommersiya yarışlarında iştirak etməsindən xəbər tutmuşuq. Bakıda ola-ola Avropa çempionatından imtina edib, lakin bir həftə sonra kommersiya turnirlərinə qatılıb. Bu da onun bir ölkə yığmasından digərinə keçmək üçün Beynəlxalq Olimpiya Komitəsinin qoyduğu ən azı 3 illik fasilə müddətini daha tez başa vurmaq istəyini sübuta yetirir.
 
O, qayıtsa da, qəbul etməyəcəyik. Bu adam qaçıb, fəraridir. Fərari ilə nə etmək olar? Hara qayıdır o? Bilir ki, qayıtsa, əsgərliyə getməlidir. 
İndi də durub bu məsələ ətrafında ajiotaj yaratmaq lazım deyil. O, göydən düşməmişdi, Azərbaycanda yetişmişdi, azərbaycanlı məşqçilər yetişdirmişdi. Yenə ölkəmizdə yeni, ondan da yaxşı idmançılar yetişəcək. Allah qoysa, daha güclü atletlərimiz olacaq. Amma bir adam ki, qaçmaq istəyir, onu zorla saxlamağın adı yoxdur.
 
Maraqldır ki, Çingiz Hüseynzadənin bu sözləri Ramilin vətən sevgisini azaltmayıb və o Azərbaycan bayrağını dalğalandırıb. 
 
AZXEBER.COM
 

Oxunma sayı : 13086

Loading...
SON XƏBƏRLƏR
"Gelandewagen" qəzasının videogörüntülərini sistemdən Eyvaz Şahverdiyev sildirib - İDDİA - 17 Avqust 2017, 15:42
Kəmaləddin Heydərov yenidən vitse-prezident təyin edildi - 17 Avqust 2017, 15:38
Sumqayıtda 10 nəfəri it dişləyib - 5 yaşlı qız öldü - 17 Avqust 2017, 15:33
Xətai sakinləri uşaqları ilə aksiya keçirdilər:"Məmurlar həyətimizi milyonçu sahibkara satıb" (VİDEO) - 17 Avqust 2017, 15:19
"Kopenhagen" - "Qarabağ" oyununu stadionda izləmək istəyənlərə şad xəbər - 17 Avqust 2017, 15:08
DYP-dən Rəşad Sadiqovla bağlı açıqlama: "Səmimi deyil" - 17 Avqust 2017, 15:05
Nuranın oğlu anası üçün klip çəkdi - VİDEO - 17 Avqust 2017, 14:38
Bayram namazı nə vaxt qılınacaq? - 17 Avqust 2017, 14:32
"Qarabağ"ın qapıçısı milliyə dəvət aldı - 17 Avqust 2017, 14:16
Əfqan Muxtarlı və Gözəl Bayramlının həbs müddəti uzadıldı - 17 Avqust 2017, 13:57
Baldızının şəkillərini kəsib, çılpaq qadınların üzünə yapışdırdı - 17 Avqust 2017, 13:49
Dənizdə batanların adları - 17 Avqust 2017, 13:43
Türkiyədə dünyasını dəyişən aktrisa Bakıda anıldı - FOTOLAR - 17 Avqust 2017, 13:40
Şimşək, külək, yağış - Nazirlikdən əhaliyə xəbərdarlıq - 17 Avqust 2017, 13:04
Ağdaşda arvadını döyən kişiyə ağır cəza: qulağını kəsdilər - 17 Avqust 2017, 12:38
Bölgələrdə yaşayan ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatdı - 17 Avqust 2017, 12:34
"Baxmağa normal veriliş tapa bilmirəm" - MTRŞ sədri - 17 Avqust 2017, 12:32
Bakıda həbsxanada məhkumlar arasında dava düşdü: yaralı var - 17 Avqust 2017, 12:07
Əli Həsənovun nəvəsinin işində yenilik: vəkili dəyişdi - 17 Avqust 2017, 12:04
Futbolçumuzun avtomobili əlindən alındı: “Yol polisi məndən 500 manat istədi...” - 17 Avqust 2017, 11:50
Elzadan gəlininə ad günü təbriki - 17 Avqust 2017, 11:43
Bakıda ana və övladları itkin düşdü - 17 Avqust 2017, 11:30
Bakıda bomba həyəcanı: Maşınıma partlayıcı qurğu qoyublar - 17 Avqust 2017, 11:06
Şəhərin mərkəzində şok hadisə: hər kəsin önündə təcavüz etdi, sonra... - 17 Avqust 2017, 10:49
Xəzər iki gənci uddu: birinin 19 yaşı var... - 17 Avqust 2017, 10:31
Bakıda 32 yaşlı kişi özünü asdı - 17 Avqust 2017, 10:17
Gədəbəydə kütləvi dava - Ölən var - 17 Avqust 2017, 10:15
Bakıda qadınlar arasında bıçaqlaşma - 17 Avqust 2017, 10:10
Azərbaycanda nadir tapıntılar oğurlanıb - 16 Avqust 2017, 22:43
Prezident müğəninin ərini mükafatlandırdı - 16 Avqust 2017, 21:50
Bələdiyyə sədrləri cərimələnib - 16 Avqust 2017, 21:02
Bir qrup hərbçi şəhid mayorun ailəsinə baş çəkib - 16 Avqust 2017, 20:13
Yasa gedən şəxslər qəzaya düşüb, ölənlər və xəsarət alanlar var - 16 Avqust 2017, 19:12
Xəzərdə bir nəfər batdı - Axtarış aparılır - 16 Avqust 2017, 17:36
Ali məktəblərə qəbul planının neçə faizi dolub? - RƏSMİ AÇIQLAMA - 16 Avqust 2017, 17:31
Əfran İsmayılov: "Sosial şəbəkələrdə məni söyənlərə demək istəyirəm ki ..." - 16 Avqust 2017, 17:22
Dolların sabaha olan məzənnəsi - 16 Avqust 2017, 17:11
Masallıda ana və iki azyaşlı övladı yandı - 16 Avqust 2017, 17:04
Əfran üçün…Mahirləri qorxuzmayın! - 16 Avqust 2017, 16:51
DSX-nın bir qrup hərbi qulluqçusu təltif edildi - SİYAHI - 16 Avqust 2017, 16:47
İmişli DSMF-nin əməkdaşı II qrup əlildən rüşvət istədi - Audio - 16 Avqust 2017, 16:34
Prokurordan Akif Çovdarova 15 il həbs tələbi - 16 Avqust 2017, 16:34
Astan Şahverdiyevə "şərəfsiz" deyən keçmiş deputat onun müdafiəsinə qalxdı - 16 Avqust 2017, 16:32
Prezident “Azərsu”ya 4 milyon manat ayırdı - 16 Avqust 2017, 16:20
Məktəbli qızı zorlayan sinif yoldaşlarından biri məmur oğludur - 16 Avqust 2017, 16:00
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10