04:10 Cümə Axşamı, 12 Dekabr 2019
SAĞLAMLIQ

Azərbaycanda qadın qoz yarpağını qızdırıb belinə düzdü - Müalicəyə gecikib

22:30, 04.10.20193266
Azərbaycanda qadın qoz yarpağını qızdırıb belinə düzdü - Müalicəyə gecikib
Azərbaycanda insanlar bel, oynaq, onurğa ağrılarında həkimə gedib, düzgün müayinə olunmazdan öncə el arasında gəzən qəribə türkəçarə metodlarını sınamağa üstünlük verir.

Bunun bariz nümunəsini daha bir pasiyent üzərində gördük.

AZXEBER.COM medicina.az-a istinadən bildirir ki, manual terapevt qəbuluna bel, bud ağrıları ilə gələn xəstənin belində gördüyü mənzərədən heyrətlənib.

Belə ki, pasiyent qoz yarpaqlarını qızdırıb belə bağlayanda, ağrını götürdüyünü kimdənsə eşidərək, tətbiq edib.

Qoz yarpaqları dəriyə yapışaraq xəstənin bədənində iz qoyub. Üstəlik dəri yanıb və suluq bağlayıb.

Təbii ki, bu metod xəstənin əsas xəstəliyini müalicə etməyib. Müayinə nəticəsində onun hər iki bud çanaq oynağının artıq əməliyyatlıq olması təyin edildi və artıq əməliyyatdan başqa heç bir müalicə kömək etməyəcək.
XƏBƏR LENTİ