16:08 şənbə, 15 Dekabr 2018
SOSİAL

Azərbaycanda qadın xəyanətinin səbəb olduğu cinayətlər - Evində arvadının yad kişi ilə fotosunu tapdı...

11:03, 06.12.20185227
Azərbaycanda qadın xəyanətinin səbəb olduğu cinayətlər - Evində arvadının yad kişi ilə fotosunu tapdı...
Ər ona xəyanət edən gənc qadının başını keçəl edərək onu telefonunun kamerasına çəkib və sosial şəbəkədə paylaşıb. Son zamanlar xəyanətə görə törədilən qətllərin sayı artmaqdadır. 

AZXEBER.COM big.az-a istinadla həmin qətllərin bir neçəsini təqdim edir:

- Polis arvadını "Odnoklassniki"də başlayan xəyanətə görə öldürdü.

Belə ki, H.Zərdabi küçəsində kirayədə yaşayan Kəngərli rayon sakini 36 yaşlı Dilavər Əhmədov arvadı, 25 yaşlı Günay Əhmədovanı əlləri ilə boğaraq öldürüb. Daha sonra o, könüllü olaraq Yasamal Rayon Polis İdarəsinə gələrək təslim olub. 

Qeyd edək ki, Dilavər Əhmədov bir müddət polis orqanlarında çalışıb. 

- Lerik şəhər sakini, 40 yaşlı Nazim Xanış oğlu Şahıyev şəxsi münaqişə zəminində həyat yoldaşı, 39 yaşlı Səkinə Şaban qızı Əliyevanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib. 

Cütlük uzun illərdir, rəsmi şəkildə boşansalar da, bir evdə yaşayıblar.

Qeyd edək ki, Nazim Şahiyev məşhur çoban Xanış Şahiyevin oğludur. Qətli törətməkdə şübhəli bilinən Nazim Şahıyevin içki və narkotik aludəçisi olduğu bildirilir.

- Salyanda kişi xəyanət edən arvadını öldürdü.

Belə ki, Zaur Quliyev qardaşı Məmmədağa Quliyevin qardaşı həyat yoldaşı Gülşən Feyziyevanı 1994-cü il təvəllüdlü Nurlan Xankişiyev adlı şəxslə birlikdə görüb. Bu zaman Z.Quliyev N.Xankişiyevi bıçaqlayıb.

Bundan sonra o, Bakıda işləyən qardaşı Məmmədağa Quliyevə zəng vuraraq xəyanət əhvalatını danışıb. Məsələdən xəbər tutan M.Quliyev Salyana qayıdaraq arvadı ilə mübahisə edib və onu balışla boğub. Hər kəsə isə "arvadım xəstəlikdən ölüb" deyib.

- Xətai rayonunda 33 yaşlı Elsevər Şükürov həyat yoldaşını günün günorta vaxtı hər kəsin gözləri qarşısında öldürüb.

Elsevər Şükürov yaşadığı Əhmədli kəndində 31 yaşlı Rəqsanə Şükürovanı bıçaqla qətlə yetirib. E.Şükürov isə özü polisə təslim olub.

Belə ki, hüquq mühafizə orqanları E.Şükürovun həyat yoldaşını qısqanclıq zəminində öldürdüyünü müəyyən ediblər.

Məlumata görə, kişi bir müddət idi ki, həyat yoldaşının ona xəyanət etməsindən şübhələnirdi. Lakin əlində əsas olmadığından onu izləməyə başlayıb. Həyat yoldaşının telefonla kiminləsə danışdığını eşidib. Qadın olanlardan boyun qaçırsa da, anidən telefonuna gələn mesajlar Rəqsanə Şükürovanın gizlin sirlərini açıb.

Qonşuların sözlərinə görə, onlar evdə mübahisə etdikdən sonra qadın evi tərk etmək istəyərkən E.Şükürov onu yaşadığı binanın tinində hər kəsin gözləri qarşısında qətlə yetirib.

- Sumqayıt dəhşətli qətl hadisəsi baş verib.

Belə ki, Rafət Feyziyeva əri tərəfindən yaşadıqları mənzildə 18 bıçaq zərbəsi vurularaq qətlə yetirilib.

İddiaya görə, kişi həyat yoldaşının ona xəyanət etdiyini öyrənib və yaşadığı mənzildən onun yad kişi ilə fotoşəklini tapıb.

Bundan sonra kişi həyat yoldaşını öldürmək qərarını alıb. 

Qeyd edək ki, mərhumun iki övladı var.

- Mingəçevir şəhərində kişi keçmiş arvadını bıçaqlayaraq qətlə yetirib.

Hadisə Mingəçevir Şəhər Məhkəməsində, məhkəmə zalında olub.

Mingəçevir şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev Xalid Arif oğlu məhkəmə prosesi zamanı, hakimin gözü qarşısında keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Nəbiyeva Təranə Fərmail qızına hücum edərək üzərində gəzdirdiyi bıçaqla onun baş, boğaz və ürək nahiyəsindən bıçaq xəsarətləri yetirib. 

Məlumata görə, ər və arvad 4 il əvvəl boşanıb və bir uşağı olan qadın alimentin artırılması üçün məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı qadın və kişi arasında mübahisə yaranıb. Əsəbiləşən keçmiş ər arvadını amansızlıqla qətlə yetirib.

Qadın ağır vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. 

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır. 

- 1979-cu il təvəllüdlü Mirzəyev Təhmasib Saleh oğlu həyat yoldaşı, 1991-ci il təvəllüdlü Mirzəyeva Nigar Hümbət qızını yaşadıqları binada qətlə yetirib. 

T.Mirzəyev həyat yoldaşını binanın liftində çoxsaylı bıçaq zərbələri ilə öldürüb.

Sakinlərin sözlərinə görə, qətlin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir. 

- Ağstafa rayonunda qətl hadisəsi baş verib.

1978-ci il təvəllüdlü Arzu Namazov qısqanclıq zəminində həyat yoldaşı, 1982-ci il təvəllüdlü Xəyalə Şahbazovanı bıçaqlayaraq qətlə yetirib. A. Namazov polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, ailənin iki övladı var.

- Ağsuda bıçaqlanma olub.

Hacıqədirli kənd sakini Mahir Bəyalıyev Ağsu şəhərində kirayə yaşadığı evdə ailə münaqişəsi zamanı həyat yoldaşı Samirə Bəyalıyevanı bıçaqlayıb. 

Xəsarət alan qadın köməksiz vəziyyətdə qaldığından çoxlu qan itirib. O, xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı Ağsu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

- Samuxda ər arvadını qətlə yetirib.

Ziyadlı kənd sakini 1985-ci il təvəllüdlü Elvin Sədrəddin oğlu Bayramov ailə münaqişəsi zəminində həyat yoldaşı 1993-cü il təvəllüdlü Müşafərin İman qızı Bayramovanı bıçaqlayaraq qətlə yetirib.

Yoldaşının bibisi, 1967-ci il təvəllüdlü Xatirə Ümid qızı Salmanovaya isə çoxsaylı bıçaq zərbələri endirib. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildiirlir. Məlumata görə M. Bayramova həyat yoldaşından küsərək 3 azyaşlı övladı ilə ata evinə gedərək orada bibisi ilə qalırmış. Yoldaşı ilə barışmağa gələn E. Bayramov istədiyinə nail ola bilmədiyi üçün cinayətə əl atıb. 

- Beyləqanda qətl törədilib.

Sarısu kəndində yaşayan Mübariz Ağayev evində münaqişə zəminində arvadı Səidə Ağayevanı kəndirlə boğaraq öldürüb.

Məlumata görə, M. Ağayev arvadı Səidə Ağayevanın ona xəyanət etdiyini öyrənib. O, qaynını evə dəvət edərək, bu barədə ona məlumat verib və sübut kimi arvadının telefonunda olan fotoşəkilləri ona göstərib.

Daha sonra evdən çıxan Mübariz Ağayev niyyətini həyata keçirmək üçün müvafiq vaxt gözləyib. O, gecə saatlarında uşaqların yatmasını gözləyib. Bundan sonra arvadı Səidə Ağayeva ilə təklikdə xeyli söhbət edib. Söhbətin gedişində əsəblərini cilovlaya bilməyən M. 
Ağayev arvadının boğazına kəndir dolayaraq, onu boğub öldürüb.

Hadisədən sonra Mübariz Ağayev könüllü şəkildə polisə təslim olub.

Ailənin birgə nikahdan iki övladı var.

Rayonun Sarısu kənd sakini Mübariz Ağayev Mühafizə Polisinin əməkdaşı olub.
XƏBƏR LENTİ