23:41 Cümə Axşamı, 23 May 2019
SOSİAL

Azərbaycanda qadını qızının çılpaq şəkilləri ilə şantaj etdilər - TƏFƏRRÜAT

20:47, 22.04.20197028
Azərbaycanda qadını qızının çılpaq şəkilləri ilə şantaj etdilər - TƏFƏRRÜAT
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Sayılov Hüseyn Xələf oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

AZXEBER.COM ölkə.az-a istinadən xəbər verir ki, hakim S.Hacıyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, Şirvan Şəhər Polis Şöbəsinə müraciət edən Ruhidə Qasımova (ad və soy ad şərtidir) şantaj olunduğunu deyib.

Qasımova bildirib ki, tanımadığı bir nəfər onu qızının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib və 3000 manat tələb edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs qadından qeyd olunan məbləği alarkən cinayət başında yaxalanıb.
Araşdırmalarla onun Şamaxı rayon sakini Hüseyn Sayılov olduğu müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.

Məhkəmənin baxış iclası aprelin 25-nə təyin edilib.
XƏBƏR LENTİ