21:50 Cümə Axşamı, 25 Aprel 2019
İQTİSADİYYAT

Azərbaycanda rəqəmsal TV siqnallarının əhatə zonası genişləndirilir

20:00, 23.11.2013935
Azərbaycanda rəqəmsal TV siqnallarının əhatə zonası genişləndirilir

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) DVB-T standartında rəqəmsal televiziya siqnalının 20 yeni ötürücüsünü quraşdırıb. 

Məlumatda deyilir ki, yeni stansiyaların ümumi sayından 14 ədədi artıq istismara verilib. Yerdə qalan altı stansiya enerji təchizatının təmin olunmasından sonra yaxın vaxtlarda işə salınacaq.

Respublika ərazisində fəaliyyət göstərən stansiyaların ümumi sayı 76 ədədə çatıb. Hazırda ölkə əhalisinin 98 faizə yaxını rəqəmsal TV siqnalları ilə əhatə olunub.

XƏBƏR LENTİ