05:59 Bazar Ertəsi, 16 Sentyabr 2019
SOSİAL

Azərbaycanda salam verməmək üstündə qan töküldü - TƏFƏRRÜAT

15:55, 11.06.20192553
Azərbaycanda salam verməmək üstündə qan töküldü - TƏFƏRRÜAT
Sumqayıt şəhərində qətl törətməkdə təqsirli bilinən Babək Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AZXEBER.COM ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun icraatına verilib.

Məhkəmə hazırlıq iclası iyun ayının 14-nə təyin olunub.

Qeyd edək ki, şəhər ərazisində Tibb kollecinin yanında yerləşən çayxananın arxasında qeydə alınıb.

Sumqayıt şəhərində yaşayan Kəlbəcər sakini, 1990-cı il təvəllüdlü Babək Həsənov Kotec qəsəbə sakini, həmyaşıdı Aydın Seyidovu ona salam verməməsi səbəbindən ucu kəsici-deşici olan alətlə vuraraq öldürüb. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin edilib. 
Babək Həsənov şübhəli şəxs qismində tutulub və törətdiyi əməli etiraf edib. O, dəmirçi işlədiyi üçün həmin alətdən peşəsi ilə əlaqədar istifadə etdiyini bildirib. 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
XƏBƏR LENTİ