14:04 Cümə, 15 Noyabr 2019
SOSİAL

Azərbaycanda sel təhlükəsi olan ərazilər AÇIQLANDI

10:09, 12.07.20193281
Azərbaycanda sel təhlükəsi olan ərazilər AÇIQLANDI
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akad. H.Əliyev adına Coğrafiya İnstitutunun "Tufandağ ekogeomorfoloji dəstəsi"nin əməkdaşları Böyük Qafqazın cənub yamacında çöl tədqiqatları aparıblar.

AZXEBER.COM xəbər verir ki, AMEA-dan Trend-ə verilən məlumata görə, baza Qəbələ rayonu Tüntül kəndi olmaqla, üç əsas və bir vizual istiqamətdə tədqiqat marşrutları seçilib.

Mütəxəssislər ekspedisiya müddətində relyefə antropogen təsirin artması ilə əlaqədar təbii tarazlığın pozulması, nəticə etibarı ilə ekzogen proseslərin sürətlənməsi, relyefin müxtəlif dərəcəli dəyişikliklərə məruz qalması kimi halları müşahidə ediblər.

Bundan əlavə, araşdırmalar zamanı yay otlaq sahələrinin sürətli deqradasiyası, buzlaqların aşağı sərhədlərinin geri çəkilməsi ilə əlaqədar yeni sel ocaqlarının açılması və sayının artması, əvvəlkilərin isə xeyli genişlənməsi müəyyən olunub. 
XƏBƏR LENTİ