07:26 Bazar Ertəsi, 18 Noyabr 2019
SOSİAL

Azərbaycanda şok hadisə - 16 yaşlı qız beş aylıq hamilədir

23:26, 17.10.201912858
Azərbaycanda şok hadisə - 16 yaşlı qız beş aylıq hamilədir
Şəkidə yetkinlik yaşına çatmayan qızda hamiləlik aşkarlanıb.

AZXBER.COM Trend-ə istinadən xəbər verir ki, fakt Şəki rayonunun Suçma kəndində müəyyən edilib.

Belə ki, oktyabrın 15-də Şəki Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızı gətirilib.

Xəstəxanada müayinə zamanı qızın beş aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki Şəhər Polis Şöbəsinə məlumat verilib.

Faktla bağlı şöbədə araşdırmalara başlanılıb.
XƏBƏR LENTİ