04:45 çərşənbə Axşamı, 10 Dekabr 2019
SAĞLAMLIQ

Azərbaycanda sümük iliyi nəql olunacaq

11:11, 27.09.20131749
Azərbaycanda sümük iliyi nəql olunacaq
"Azərbaycanda sümük iliyi nəqlinə hazırlıq gedir". 
Anspress-in məlumatına görə, bunu Azərbaycan səhiyyə nazirinin müavini Elsəvər Ağayev nazirliyin saytındakı onllayn konfrans vasitəsilə ünvanlanan suala cavabında deyib.Nazir müavini bildirib ki, son illər Azərbaycan Respublikasında orqan transplantasiyası müvəffəqiyyətlə həyata keçirilir. Səhiyyə müəssisələrində böyrək və qaraciyər köçürülmələrinin sayı durmadan artır. "2012-ci ildə böyrək köçürülənlərin sayı 41 nəfər, qaraciyər köçürülənlərin sayı isə 12 nəfər olub. 2013-cü ilin 6 ayı ərzində isə 24 nəfərə böyrək, 9 nəfərə isə qaraciyər köçürülüb".
XƏBƏR LENTİ