07:59 Bazar Günü, 17 Dekabr 2017
GƏNCLİK

Azərbaycanda tanınmış təşkilatın sədri dəyişdirildi

11:06, 27.09.20171572
Azərbaycanda tanınmış təşkilatın sədri dəyişdirildi

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatına (AGAT) yeni sədr təyin olundu

AZXEBER.COM xəbər verir ki, AGAT ötən həftə Ümumi Yığıncağı toplayaraq sədrliyə və təşkilatın idarə heyətinin seçkisini keçirmişdir.

Ümumi Yığıncağın səsverməsinə görə yekidilliklə yeni sədr Lalə Mehdiyeva seçildi. Daha sonra Yığıncaqda təşkilata idarə heyətinin yeni üzvləri də seçildi.

Qeyd edək ki, Lalə Mehdiyeva AGAT-a 2011-ci ildən üzv olmuş, 14-dən artıq sertifikata layiq görülmüş, təşkilatda fəaliyyəti dövründə müxtəlif beynəlxalq və yerli layihələrə koordinatorluq etmişdir. 2013-cü ildən isə AGAT-ın ofisində menecer kimi fəaliyyətini davam etdirmişdir. Yaxın vaxtlarda Lalə Mehdiyeva AGAT-ın gələcək planı və fəaliyyəti ilə bağlı mətbuata açıqlama verəcək. Ailəlidir, 1 övladı var.

AGAT-ın keçmiş sədri Nərgiz Xələf bundan sonra təşkilatın idarə heyətində təmsil olunacaq və gənclər sektorunda fəaliyyətini davam edəcəkdir. O, eyni zamanda AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında müşahidə şurasının üzvü və katibidir.

Təşkilatın 10 illik fəalyyəti dövründə AGAT-a sayca üçüncü sədr seçilir.

0
XƏBƏR LENTİ