20:43 Cümə, 20 Sentyabr 2019
SOSİAL

Azərbaycanda vahid məktəbli forması nə zaman tətbiq olunacaq?

16:55, 19.08.20192578
Azərbaycanda vahid məktəbli forması nə zaman tətbiq olunacaq?
Azərbaycanda dövlət ümumtəhsil müəssisələrində vahid məktəbli formalarının tətbiqi ilə bağlı işlər aparılır, bunun üçün Təhsil Nazirliyində işçi qrupu yaradılıb.

AZXEBER.COM bildirir ki, bunu Trend-ə nazirliyin baş məsləhətçisi Əhliyət Adıgözəlov deyib.

Ə.Adıgözəlov vurğulayıb ki, nazirlik Bakı Tikiş Evinə müraciət edib: "Məktəbli formalarının müxtəlif dizaynları, eskizləri hazırlanır. Bunlar hazır olduqdan sonra vahid məktəbli forması seçiləcək. Vahid məktəbli formaları ölkədə bütün dövlət məktəblərində tətbiq ediləcək. Əvvəl belə idi ki, hər məktəb formanı özü seçirdi. Lakin 2020-2021 tədris ilindən bütün orta məktəblərdə vahid məktəbli formaları tətbiq ediləcək".

Onun sözlərinə görə, vahid məktəbli formaları ictimai müzakirəyə çıxarılacaq və ictimai rəy öyrənildikdən sonra formaların kütləvi istehsalına başlanılacaq.

Ə.Adıgözəlov vurğulayıb ki, bu məsələdə valideynlərin, hətta şagirdlərin də rəyi öyrəniləcək. Geyimlərdə yaş xüsiyyətləri, fəsillər nəzərə alınacaq.

Gödəkcə və ya paltoların vahid olması ilə bağlı məsələyə gəlincə, Ə.Adıgözəlov bildirib ki, bu haqda hələ bir fikir yoxdur, palto və gödəkcədə müxtəliflik ola bilər.

Qeyd edək ki, Milli Məclis vahid məktəbli geyimi ilə bağlı "Ümumi təhsil haqqında" qanuna dəyişiklik edib. Dəyişikliyə əsasən, Azərbaycanda ümumtəhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş vahid geyim forması tətbiq edilə bilər.

XƏBƏR LENTİ