12:24 Cümə, 15 Dekabr 2017
TOP4

Azərbaycanda xəbər televiziyası yaradılır: Müsabiqə elan olundu

16:56, 14.11.2017449
Azərbaycanda xəbər televiziyası yaradılır: Müsabiqə elan olundu

Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. 

Şuradan AZXEBER.COM-a verilən məlumata görə, iclasda xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna noyabrın 16-dan 16 dekabr 2017-ci ilədək müsabiqə elan edilib. 

İclasda həmçinin Dalğa TV-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb və ona peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul olunub.

0
XƏBƏR LENTİ