10:20 Cümə, 27 Aprel 2018
Maqazin

"Azərbaycanda yaxşı bəstəkar yoxdur, onların nəsli tükənib” - VİDEO

13:16, 19.04.2017286
"Demək olar, Azərbaycanda bəstəkar yoxdur”
 
Müğənni Vüsal Hacıyev son günlər yazılan mahnılardan gileylənib.
 
AZXEBER.COM xəbər verir ki, "Gəlin Danışaq” verlişində qonaq olan müğənni bu haqda danışıb.
O deyib ki, müasir dövrdə güclü bəstəkar yoxdur: "Keçən əsrə baxanda görürün ki, necə gözəl bəstəkarlarımız olub. Musiqimiz necə yüksək səviyədə inkişaf edib. İndi demək olar ki, bəstəkarlarımız yoxdur. Bu bir faciədir. "Leyli Məcnun” , "Koroğlu” kimi əsərlər yazılıb. İndi isə nə yazılıb. İndi bəstələr çox kasaddır. 4-5 bəstəkar var ki, Azərbaycan musiqin əlində saxlayıb, dəstəkləyir. Onlar da Aygün Səmədzadə, Faiq Sücəddinov, Vaqif Gərayzadə və Gövhər Həsənzadədir. Onlar da artıq yazmırlar. Yeni bəstəkarlar da üzə çıxmır”

Nazim Qasımzadə,
AZXEBER.COM


 

0
XƏBƏR LENTİ