23:23 çərşənbə Axşamı, 17 Iyul 2018
SOSİAL

Azərbaycanda gənc yazıçı "facebook"da canlı yayıma çıxıb, damarlarını doğradı - (VİDEO16+)

18:43, 07.07.201815169
Azərbaycanda gənc yazıçı

Gənc yazıçı Cəlil Cavanşir canlı yayımda intihar edib. 

AZXEBER.COM xəbər verir ki, yazıçı "facebook"dakı profilində həyatdan bezdiyini dilə gətirərək damarlarını ülgüclə doğrayıb. 

Qolları və əlləri qanlı vəziyyətdə canlı yayımı davam edən yazar "ölüm çox şeyi dəyişir, dostlar” deyərək, öz intihar aktını əsaslandırmağa çalışıb. 

Canlı yayımı izləyən yüzlərlə insan isə C.Cavanşiri bu addımdan çəkinməyə və övladlarını, ailəsini düşünməyə çağırıb. Təcili Yardım və polisə müraciət etmək üçün səfərbər olan dostlarına isə yazıçının bir cavabı olub: "”Mənim harda olduğumu siz bilmirsiz”. 
 
Hadisə yerinə gedən şəxslərin yazdıqlarına görə, C.Cavanşir xəstəxanaya çatdırlıb. Onun həyatını xilas etmək mümkün olub.  

XƏBƏR LENTİ