11:05 çərşənbə, 21 Fevral 2018
ÖZƏL

Azərbaycandakı "Ziraat Bank”ın gəlirləri bir ilə sürətli şəkildə azaldı - HESABAT

14:55, 22.01.2018852
Azərbaycandakı

"Ziraat Bank Azərbaycan” 2017-ci ili 4,063 milyon manat xalis mənfəətlə başa vurub.

 

AZXEBER.COM bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, bu 2016-cı il ilə müqayisədə 31,8% azalma deməkdir. Belə ki, 2016-cı ildə bankın xalis mənfəəti 5,956 milyon manat təşkil etmişdi.

 

2017-ci ildə bankın cəmi gəlirləri 13,5% artaraq 15, 968 milyon manat olub. 2016-cı ildə bu rəqəm 14,064 milyon manat olmuşdu.

 

Bankın xalis əməliyyat mənfəəti isə 2016-cı ildə 8,130 milyon manat ikən, ötən il 6,256 milyon manat təşkil edib. Başqa sözlə, xalis əməliyyat mənfəəti 30% azalıb.


Xatırladaq ki, "Ziraat Bank Azərbaycan” üç səhmdardan ibarət olmaqla açıq səhmdar cəmiyyəti formasında təsis edilmişdir. Bunlardan, 99.98% səs vermə hüququna malik səhmlərin sahibi T.C.Ziraat Bankası Anonim Şirkəti, 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Sigorta Anonim Şirkəti və 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Yatırım Menkul Değerler Anonim Şirkətidir.

 

0
XƏBƏR LENTİ