09:29 şənbə, 16 Dekabr 2017
İQTİSADİYYAT

"Azərbaycandan idxal olunan təbii qaz Avropanın qaz təchizatını yaxşılaşdıracaq"

16:47, 29.11.2017138

Azərbaycandan Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə idxal olunan təbii qaz Avropanın qaz təchizatını yaxşılaşdıracaq.

AZXEBER.COM-un məlumatına görə, bu fikri Albaniyanın infrastruktur və energetika nazirinin müavini Dorina Çinari Türkmənistan paytaxtında keçirilən Enerji Xartiyası Konfransının "Gələcəyin dayanıqlı enerji təminatı və nəqliyyat marşrutlarının şaxələndirilməsi məqsədi ilə sərmayələrin səfərbər edilməsi” mövzusuna həsr olunmuş 28-ci sessiyasında səsləndirib.

Albaniyanı bu layihənin reallaşdırılmasında mühüm tərəfdaş adlandıran D.Çinari deyib: "Albaniya tranzit ölkə olaraq Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfəsini verir”.

0
XƏBƏR LENTİ