19:32 şənbə, 25 May 2019
İDMAN

"Azərbaycandan kuboksuz qayıtmaq böyük məyusluq olar" - Sarri

14:12, 13.05.20193282
"Napoli"də yaşadıqlarım təkrarolunmaz və vazkeçilməz xatirə olaraq qalacaq. Amma İtaliyaya qayıtmaq fikrim yoxdu.

AZXEBER.COM matc.az-a istinadən xəbər verir ki, bunu "Çelsi"nin baş məşqçisi Mauritsio Sarri deyib.

İtaliya mətbuatı təcrübəli mütəxəssisin mövsümün sonunda vətəninə qayıdacağını israrla iddia edir. Lakin Sarri növbəti dəfə bunun baş verməyəcəyini söyləyib. 60 yaşlı çalışdırıcı açıqlamasında hədəfinin "Çelsi" ilə Çempionlar Liqasını qazanmaq olduğunu deyib: "Hara getsəm həyat mənim üçün dəyişmir. Bu səbəbdən İtaliyadan ötrü darıxmıram. Gündə 14 saat çalışıram, bunu da davam etdirəcəm. Burdakı məqsədim Çempionlar Liqasında finala yüksəlmək və qalib gəlməkdi".

Sarri Avropa Liqasının Bakıda keçiriləcək final görüşü ilə bağlı fikirlərini də bölüşüb. O, kuboku qazanmağı hədəflədiklərini vurğulayıb: "Beş il əvvəl komandamın Avropa Liqasının finalında oynayacağını desəydilər, əsəbləşərdim. Ancaq indi vəziyyət fərqlidi. Azarkeşlər bizi tərifləyirlər. Çünki Çempionlar Liqasına vəsiqə qazandıq və Avropa Liqasında finala yüksəldik. Amma Azərbaycana səyahət edib, ordan evə kuboksuz qayıtmaq bizim üçün böyük məyusluq olar. "Çelsi"nin tək istəyi Avropa Liqasının qalibi olmaqdı. "Arsenal"la oyun asan olmayacaq. "Topçular güclü rəqibdi, onların baş məşqçisi Unay Emeri ardıcıl 3 dəfə bu kuboku qazanıb".

Sarri ölkəmizə yorğun gəlməkdən narahat olduğunu da gizlətməyib: "Bir neçə gündən sonra ABŞ-da yoldaşlıq görüşü keçirəcəyik. Açığı, bunu istəməzdim. Çünki gücümüzü bərpa etmək məcburiyyətindəyik. Bu mövsüm 62 rəsmi oyun keçirmişik. Bakıda isə 63-cü matça çıxacağıq. Məni düşündürən yeganə məqam finala tam hazır çıxmaqdı".

Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda "Çelsi" ilə "Arsenal" arasında keçiriləcək.
XƏBƏR LENTİ