04:35 Bazar Günü, 22 Aprel 2018
Maqazin

Azərbaycandan küsüb gedən idmançı Türkiyəyə növbəti dəfə qızıl medal qazandırdı

16:27, 18.05.20175606
Azərbaycandan küsüb gedən idmançı Türkiyəyə növbəti dəfə qızıl medal qazandırdı

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. 

AZXEBER.COM-un məlumatına görə, 27 yaşlı sprinter finalda 100 metr məsafəni 10,06 saniyəyə qət edib. 

Bruneyli Endryu Fişer 10,16 saniyə nəticə ilə gümüş, omanlı Bərəkət əl-Harti 10,35 saniyə göstərici ilə bürünc medal əldə edib. 

Ramil Quliyev yarımfinalda 10,31 saniyə nəticə ilə birinci yerin sahibi kimi finala adlamışdı. 

 
Qeyd edək ki, Ramil 2008-ci il yay olimpiya oyunlarında ölkəmizi təmsil etsə də, sonradan o Azərbaycandan birdəfəlik getmiş və 2012 və 2016 yay olimpiya oyunlarında Türkiyə yığmasını təmsil etmişdi. 
0
XƏBƏR LENTİ