03:31 Bazar Günü, 18 Avqust 2019
SAĞLAMLIQ

Azərbaycanın baş pediatrı özəl tibb müəssisələrini tənqid etdi

16:40, 05.08.20131804
Azərbaycanın baş pediatrı özəl tibb müəssisələrini tənqid etdi
“Təəssüf ki, bəzi özəl tibb müəssisələri yaradıldıqdan çox az müddət keçməsinə baxmayaraq bir çox sahələrə sponsorluq, baş sponsorluq etməyə başlayırlar, əsassız reklamlara yol verirlər.

Bəziləri özünü klinik xəstəxanalar kimi qələmə verirlər ki, bunlar da həqiqəti əks etdirmir və əhali arasında haqlı narazılıqlar yaradırlar. Yəni, əslində özü haqqında mənfi rəyi hər kəs özü yaradır və özü də bu haqda fikirləşməlidir”.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev nazirlikdə yeni yaradılmış "Onlayn konfrans" vasitəsi ilə ünvanlanmış sualları cavablandırarkən deyib. O bildirib ki, bəzi özəl tibb müəssisələri Səhiyyə Nazirliyinə təqdim etdikləri nizamnamələrini pozur, qanunsuz hərəkətlərə yol verir, əhali arasında narazılıq yaradırlar. N.Quliyev qeyd edib ki, bu gün respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrində çalışan mütəxəssislərin böyük əksəriyyəti dövlət tibb müəssisələrində işləyənlər və ya vaxtilə işləmiş şəxslərdir: “Mən burada heç bir ayrı-seçkiliyə əsas görmürəm. Tibdə biznes işi ən çətin və daha çox vaxt tələb edən spesifik bir biznes sahəsidir”.

XƏBƏR LENTİ