16:15 çərşənbə, 25 Aprel 2018
İDMAN

Azərbaycanın bəzi idmançılarında dopinq aşkarlandı - RƏSMİ

17:55, 12.07.2017513
Azərbaycanın bəzi idmançılarında dopinq aşkarlandı - RƏSMİ

 

Azərbaycanın bəzi idmançılarından götürülmüş dopinq-testlər müsbət nəticə verib.

Bu barədə report-a Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Şəfəq Hüseynli məlumat verib. O bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarından sonra bütün milli federasiyaların idmançılarını əhatə edən prosesin yekununda xoşagəlməz hallar aşkarlanıb. Lakin Ş.Hüseynli idman növlərini, idmançıların adlarını və sayını hələlik açıqlamaq istəməyib. AMADA rəhbəri bu barədə yaxın vaxtlarda geniş məlumatın veriləcəyini bildirib.

Qeyd edək ki, dopinq-testlər Almaniyanın Köln şəhərindəki antidopinq laboratoriyasında analizdən keçirilib. 

0
XƏBƏR LENTİ