07:13 Bazar Günü, 18 Fevral 2018
MARAQLI

Azərbaycanın bu yolunda maşınlar öz-özünə hərəkət edir

22:12, 24.05.20171049
Azərbaycanın bu yolunda maşınlar öz-özünə hərəkət edir
Cəlilabad - Yardımlı avtomobil yolunun Pərdi kəndindən keçən, təxminən 1 kilometrlik hissəsində avtomobillər mühərriki çalışdırmadan bir istiqamətdə, naməlum səbəbdən hərəkətə edir.
 
AZXEBER.COM istipress-ə istinadən xəbər verir ki, sürücülərin sözlərinə görə mühərrik söndürülmüş halda, sürət qutusunun isə neytral vəziyyətində, sanki bir qüvvə avtomobilləri bir istiqamətdə, şərqə doğru çəkərək hərəkətə gətirir.
 
Belə vəziyyətdə avtomobillərin əyləcindən istifadə olunmazsa sürət getdikcə artaraq, hətta 60 km/saat-a çatır. Maraqlıdır ki, eyni yerdə maşınlar əks istiqamətə yəni qərbə doğru hərəkətdə də çətinliklə üzləşirlər. Hər hansı bir texnika burada lazımı sürəti çox gec yığır. Kənd sakinləri yolun bu hissəsində maqinit sahəsi olduğunu deyirlər.
 
 
Bundan başqa sözügedən ərazidə mobil telefonların istifadəsində də çətinlik yaranır. Sakinlərin sözlərinə görə, mobil cihazlarda şəbəkə maksimum göstərsə də, əksər vaxtlarda burada telefonlara zəng çatmır.

0
XƏBƏR LENTİ