17:57 Bazar Ertəsi, 25 Iyun 2018
İDMAN

Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəlib

17:10, 27.06.2017568
Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəlib
Almaniyanın Dortmund şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı start götürüb.
 
AZXEBER.COM-un məlumatına görə, ilk yarış günündə Azərbaycan sərbəst güləşçilərindən ikisi finala yüksəlib.
 
50 kq çəkidə mübarizə aparan Şahin Muxtarov ardıcıl olaraq Fransa və Almaniyadan olan rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə onun rəqibi rusiyalı Muxammadxon Muxammadxon olacaq.
 
60 kq-da yarışan Əli Rəhimzadə ilk görüşdə Ermənistan, ardınca Rusiya idmançısı ilə gərgin keçən görüşlərdən qalib ayrılıb. Yarımfinalda Moldovadan olan rəqibini də üstələyən Rəhimzadə finala yüksəlib. Həlledici görüşdə o, ukraynalı Andrey Yatsenko ilə qarşılaşacaq.
 
96 kq-da yer alan Məhəmmədrəsul Qazıməhəmmədov isə türkiyəli İbrahim Çiftçi ilə bürünc medal uğrunda görüşə çıxacaq.
 
Final görüşləri Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
 
report.az
XƏBƏR LENTİ