Azərbaycanın Rus İcması ÜAK-ın ləğvinə mane olmağa çağırıb

13 May 2017, 13:04
AAA
”Sıralarında milliyyətcə rus olan 120 min Azərbaycan vətəndaşını birləşdirən Azərbaycanın Rus İcması Rusiyanın ictimai təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı uzun müddət davam edən vəziyyətlə əlaqədar ciddi narahatlığını bildirir. Azərbaycanın Rus İcması Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi məsələsinə dair öz prinsipial münasibətini 2017-ci il 4 aprel tarixli bəyanatında ifadə edib”.
 
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın Rus İcmasının Respublika Şurasının bəyanatında bildirilir.
 
"Təəssüf ki, Rusiyada müəyyən qüvvələr Ümumrusiya Azərbaycan Konqresinin təşkilati fəaliyyətində xırda çatışmazlıqları axtarmaqla, Rusiyanın böyük ictimai təşkilatının ləğvinə şərait yaratmağa çalışırlar. Şübhə doğurmur ki, həmvətənlərimiz – Rusiyadakı Azərbaycan diasporuna qarşı bu mənfi, hörmətsiz münasibət Azərbaycan və Rusiya, Azərbaycan və rus xalqları arasındakı dostluq əlaqələrinin inkişafına və genişlənməsinə xidmət etmir. Azərbaycanda yaşayan ruslar Azərbaycan xalqının rus dilinin, rus mədəniyyətinin və Azərbaycanda rus xalqının ənənələrinin qorunmasına qayğıkeş münasibətini yüksək qiymətləndirir. Hesab edirik ki, Rusiyada da Rusiya Federasiyasının tamhüquqlu vətəndaşları olan azərbaycanlıları narahat edən məsələlərə müvafiq münasibət olmalıdır. Biz ölkələrimiz arasındakı münasibətlərin vəziyyətindən çox məmnunuq. Onların əsasında dostluq və mehriban qonşuluğun çoxəsrlik ənənələri, qarşılıqlı maraqlara hörmət, milyonlarla azərbaycanlı və rusların bir-birinə bağlı taleləri dayanır. İmkan vermək olmaz ki, dost olmayan qüvvələrin hərəkətləri xalqlarımız arasındakı möhkəm əlaqələr və səmimi münasibətlərə ziyan vursun. Rusiyalı həmvətənlərimiz, biz, ölkələrimiz və xalqlarımız arasındakı münasibətləri yüksək qiymətləndiririk və bir daha Rusiyadakı sağlam qüvvələrə müraciət edirik ki, Rusiyanın böyük ictimai təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresinin ləğvinə yönəlmiş niyyətlərin gerçəkləşməsinə imkan verilməsin”, - deyə bəyanatda vurğulanıb.   


Oxunma sayı : 1618

SON XƏBƏRLƏR
Sabah sulu qar yağacaq - 24 Noyabr 2017, 13:05
Prezidentdən deputatla bağlı - Sərəncam - 24 Noyabr 2017, 12:56
Təcavüz olunan qız intihar etmək istədi - 24 Noyabr 2017, 12:48
İlham Əliyev NATO-nun sammitində çıxış etdi - FOTO - 24 Noyabr 2017, 12:27
Azərbaycanda nə qədər uşaq var? - Son rəqəm açıqlandı - 24 Noyabr 2017, 12:12
Azərbaycan pasportların itirilməsinə görə rüsumları artırır - QİYMƏT - 24 Noyabr 2017, 12:07
Azərbaycanda idman tədbirlərinə normadan artıq vəsait sərf olunub - 24 Noyabr 2017, 11:49
11 yaşlı qız məktəb yoldaşından hamilə qaldı - 24 Noyabr 2017, 11:32
Bir gecədə “Ayə, hareyə gedirsən"lə məşhurlaşan gənc danışdı - FOTO - 24 Noyabr 2017, 11:29
Nail Allahverdiyevin məhkəməsi başladı - 24 Noyabr 2017, 11:05
Avtomobillərin qiyməti dəyişə bilər - Rüsumlar artacaq - 24 Noyabr 2017, 10:58
Hürrəm Sultan evlənir - Foto - 24 Noyabr 2017, 10:44
Arda Turan Premyer Liqada: yeni klubu açıqlandı - 24 Noyabr 2017, 10:39
"Gözdən əlillərin 2 faizi özünə iş tapa bilir"- Millət vəkili - 24 Noyabr 2017, 10:32
MAG-dan qalmaqallı ifa ilə bağlı açıqlama: "O veriliş AzTV-də yayımlanmayıb..." - 24 Noyabr 2017, 10:28
Deputat Saakaşvilini efirdə döymək istədi, aparıcı mane oldu - Video - 24 Noyabr 2017, 10:11
Düşmən iriçaplı pulemyotlardan istifadə edir - 24 Noyabr 2017, 10:00
Azərbaycanda iki Ay tutulması müşahidə ediləcək - 24 Noyabr 2017, 09:52
ANS-in aparıcısı siyasi sığınacaq aldı - “Mənən intihar etdim” - 24 Noyabr 2017, 09:45
Neft ucuzlaşdı - 24 Noyabr 2017, 09:28
Bakıda kütləvi dava - 24 Noyabr 2017, 09:19
Azərbaycanda daha bir zəlzələ - 24 Noyabr 2017, 09:09
AZTV-nin efirində mahnı oxuyan gənc hamını şoka saldı: "Ayə, hara gedirsən ayə?" (VİDEO) - 24 Noyabr 2017, 00:08
Məşhur futbolçuya 9 il həbs verildi - 23 Noyabr 2017, 23:25
Azərbaycan sərhədi yaxınlığında deputatlar arasında atışma: Ölənlər var - 23 Noyabr 2017, 22:40
Bu rayonlarda çörəyin qiyməti ucuzlaşdı – VİDEO - 23 Noyabr 2017, 22:10
Ermənilər işğal edilmiş Qarabağda təlimlər keçiriblər - 23 Noyabr 2017, 21:53
Bakıda İran vətəndaşı döyüldü - 23 Noyabr 2017, 21:39
Bakıda qadınlar arasında dava - 23 Noyabr 2017, 21:10
İŞİD öz üzvlərinin başını kəsdi - 23 Noyabr 2017, 20:56
Bir ayda 278 azərbaycanlı Türkiyədə ev alıb - 23 Noyabr 2017, 20:35
İbrahimoviç Çempionlar Liqasının tarixinə düşdü - 23 Noyabr 2017, 20:12
Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə ölüb - 23 Noyabr 2017, 19:37
ABŞ-da yaşayan azərbaycanlı cüdoçu çempion oldu - 23 Noyabr 2017, 18:40
Xocalı soyqırımı haqqında sənədli film ABŞ-da film festivalında nümayiş etdirilib - 23 Noyabr 2017, 18:27
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub - 23 Noyabr 2017, 18:25
Azərbaycanda məmur ürəktutmadan öldü - 23 Noyabr 2017, 18:21
Əkizlərdən Röyaya zərbə: "Nigara Camala səs verin" - 23 Noyabr 2017, 18:03
"Zara" mağazasının sabiq əməkdaşlarının məhkəmə istintaqı başa çatıb - 23 Noyabr 2017, 17:48
Abdul Xalid dünyasını dəyişən doğması üçün oxudu - "Anam hardasan?" FOTO - VİDEO - 23 Noyabr 2017, 17:23
“173 manatla bir ay yaşamaq olarmı?” – Deputatdan hökumət üzvlərinə sərt sual - 23 Noyabr 2017, 17:22
İntiqam almaq üçün İstanbula gedən gömrük rəisi və ya Rövşənin qardaşı - 23 Noyabr 2017, 17:19
Millət vəkili qəzəbləndi:"Hakimin bacısını…" - 23 Noyabr 2017, 16:52
"Azərbaycanda buzova görə 100, yeni doğulan körpəyə görə 45 manat ödənilir" -Millət vəkili - 23 Noyabr 2017, 16:41
Kürd referendumuna dəstək verən azərbaycanlı məmur işdən çıxarıldı - 23 Noyabr 2017, 16:36
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10