16:38 şənbə, 17 Avqust 2019
İQTİSADİYYAT

Azərbaycanın turizm potensialı Polşada təbliğ olunur

12:49, 29.11.2013871
Azərbaycanın turizm potensialı Polşada təbliğ olunur

Azərbaycan Polşanın paytaxtı Varşavada keçirilən “TT Warsaw 2013” Beynəlxalq turizm sərgisində iştirak edir.

AZXEBER.COM-un verdiyi xəbərə görə, sərgidə Azərbaycanın “Geo-travel”, “Regea travel”, “Heritage travel” və “Qafqaz travel” turizm şirkətləri təmsil olunur.“TT Warsaw 2013” Beynəlxalq turizm sərgisində ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 26 kv.m sahə icarəyə götürülüb, Azərbaycan stendi sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın turizm şirkətləri birinci dəfədir ki, Varşavada keçirilən “TT Warsaw” Beynəlxalq turizm sərgisində iştirak edir. Ümumilikdə bu il adıçəkilən tədbirdə ölkəmizlə yanaşı, 64 ölkədən 664-ə yaxın şirkət təmsil olunur.

XƏBƏR LENTİ