22:13 çərşənbə, 19 Sentyabr 2018
SOSİAL

Azərbaycanlı bacılar millət vəkili seçildilər - FOTO

12:15, 10.09.20182213
Azərbaycanlı bacılar millət vəkili seçildilər - FOTO
Dünən İsveçdə baş tutan parlament seçkilərində Aylin Fazelian Sosial-Demokrat Partiyasından İsveç parlamentinə, bacısı 34 yaşlı Ayda Kərimli isə Mərkəz Partiyasından əyalət millət vəkili seçiliblər.

AZXEBER.COM xəbər verir ki, bu barədə axar.az-a diaspor üzrə araşdırmaçı-jurnaslist Elnur Eltürk məlumat verib.

26 yaşlı siyasətçi Aylin 14 yaşından Sosial-Demokrat Partiyasının fəalıdır. 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü olub. Partiyanın qadınlar üzrə beynəlxalq təmsilçisidir.

Aylin Fazelian 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub.
 

 



XƏBƏR LENTİ