10:37 Cümə, 27 Aprel 2018
İDMAN

Azərbaycanlı bu ailə İslam Oyunlarından 1 milyon 125 min manat qazandı

15:08, 17.05.2017757
Azərbaycanlı bu ailə İslam Oyunlarından 1 milyon 125 min manat qazandı
Azərbaycan yığmasının atıcısı Ruslan Lunyov Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 5-ci qızıl medalını qazanıb.
 
Apasport.az saytının məlumatına görə, snayperimiz 10 metr pnevmatik tapança ilə atəşdə qarışıq komanda yarışında Nigar Nəsirova ilə birlikdə hamıdan dəqiq olub.
 
Lunyov-Nəsirovadan ibarət heyət omanlı cütlüyü qabaqlayaraq, yarışı 1-ci pillədə tamamlayıb. Bürünc medala isə İran idmançıları yiyələniblər.
 
Qeyd edək ki, Lunyovla Nəsirova xalaoğlu-xalaqızıdır. Yarışda birinci yer tutan idmançıya dövlət tərəfindən 150 min manat verildiyindən bu ailənin idmançıları 750 min manat qazanıb. Ruslan Lunyovun məşqçisinin valideyləri olması və yarışda qızıl medal qazanmış idmançının məşqçisinə ümumilikdə 75 min manat verilməsini nəzərə aldıqda bu ailənin ümumi qazancı 1 milyon 125 min manata çatıb.
0
XƏBƏR LENTİ