02:34 çərşənbə Axşamı, 15 Oktyabr 2019
İDMAN

Azərbaycanlı futbolçu Fransaya buraxılmadı - Hava limanından geri qaytarıldı

11:46, 09.10.20195800
Azərbaycanlı futbolçu Fransaya buraxılmadı - Hava limanından geri qaytarıldı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlını Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları Fransaya buraxmayıb.

AZXEBER.COM AFFA-nın saytına istinadən xəbər verir ki, U-21-in heyətində Fransaya yollanan Bayramlı bu gün AFFA-nın köməkliyi ilə Azərbaycana geri göndəriləcək. 

Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi barədə müvafiq orqanlar məlumat verməyib. AFFA və Fransa Futbol Federasiyası bununla bağlı araşdırma aparır.

"Keşlə"nin futbolçusu ötən mövsüm Latviya təmsilçisi "Dauqavpils"də çıxış edib.

XƏBƏR LENTİ