19:10 çərşənbə Axşamı, 19 Mart 2019
İDMAN

Azərbaycanlı futbolçu “Spartak”da ayda 100 min avro maaş alacaq

22:52, 08.01.20194627
Azərbaycanlı futbolçu “Spartak”da ayda 100 min avro maaş alacaq
Rusiyanın "Spartak” klubu azərbaycanlı futbolçu Ayaz Quliyevlə müqavilə bağlayacaq.
 
Moskva təmsilçisi yarımmüdafiəçinin özü və klubu "Rostov”la ortaq məxrəcə gəlib. 22 yaşlı futbolçu "Spartak”la uzunmüddətli müqavilə bağlayacaq və illik 1,2 milyon avro (aylıq 100 min avro) məvacib alacaq.

"Rostov”a isə 1 milyon avro təzminat ödəniləcək.

Qeyd edək ki, A.Quliyev məhz mövsümün əvvəlində yetirməsi olduğu "Spartak”dan "Rostov”a keçib. O, həmçinin 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının da formasını geyinib. Hazırda onun Azərbaycanın əsas yığmasına cəlb olunması gündəmdədir. (Report)
XƏBƏR LENTİ