08:48 şənbə, 20 Yanvar 2018
KRİMİNAL

Azərbaycanlı güləşçi soyğunçuluqda ittiham edilir

21:23, 21.12.2017431
Azərbaycanlı güləşçi soyğunçuluqda ittiham edilir
Sərbəst güləş üzrə Avropa çempionu olmuş Azərbaycan idmançısı Anar İsmayılov soyğunçuluqda ittiham edilir.
 
AZXEBER.COM-un APA-ya istinadən xəbərinə görə, idmançı Cinayət Məcəlləsinin 180.1 (Soyğunçuluq) maddəsi ilə ittiham edilir.
 
Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilən A. İsmayılovun cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
 
Qeyd edək ki, A. İsmayılov 2003-cü ildə yeniyetmələr arasında sərbəst güləş üzrə Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən Avropa çempionatında 54 kq çəki dərəcəsində qızıl medal qazanıb.
0
XƏBƏR LENTİ