10:25 Cümə, 27 Aprel 2018
İDMAN

Azərbaycanlı idmançı növbəti dəfə dünya çempionu oldu.

23:43, 15.04.2017603
Azərbaycanlı idmançı növbəti dəfə dünya çempionu oldu.
Prince Baku nakautla 6-cı dəfə dünya çempionu oldu.
 
Prince Baku kimi tanınan "Royal Fight Club" -un döyüşçüsü Kamil Şərifov Portuqaliyanın Lissabon şəhərində keçirilən kiqboks üzrə dünya çemionatında iştirak edib.
 
AZXEBER.COM-un məlumatına görə, yarımfinalda Misir idmançısına qalib gələrək finala yüksələn idmançımız finalda Portuqaliya idmançısı Lukas Fernandez ilə qarşılaşıb. Çempionatda bütün görüşləri nakautla qazanan Kamil Şərifov 9 Aprel tarixində baş tutan final görüşündə elə ilk raundda nakautla portuqal idmançıya qalib gələrək, 6-cı dəfə dünya çempionu tituluna sahib oldu.
 
Qeyd edək ki, Kamil Şərifov 12 qat Respublika Çempionu, Avropa çempionu, WAKO üzrə dünya kuboku sahibi, 6 qat dünya çempionu və Əməkdar idman ustasıdır.
 


0
XƏBƏR LENTİ