08:31 çərşənbə Axşamı, 16 Oktyabr 2018
İDMAN

Azərbaycanlı idmançı Hollandiyada məşqlərə başladı

14:44, 09.02.2018863
Azərbaycanlı idmançı Hollandiyada məşqlərə başladı
Azərbaycanlı idmançı növbəti uğur qazanıb. 
 
Çoxlarının "Rampage" ləqəbi ilə tanıdığı MMA döyüşçüsü İlqar Bayramov dünyanın ən məşhur döyüş klubu olan Mikes GYM-də məşqlərə başlayıb. 
 
AZXEBER.COM-a açıqlama verən idmançı bunları deyib: "Mikes Gym döyüş klubu Hollandiyada yerləşir və klubda dünyanın ən məşhur döyüşçüləri məşq edib.
Onların sırasında Gökhan Saki, Tiago Silva, Melvin Manrof və başqaları var. Mən də bu klubda məşq etdiyim üçün şanslı və sevincliyəm. Məşqlər dünyanın ən məşhur MMA üzrə döyüşçüsü Gilbert Yvel tərəfindən keçirilir".
 
İdmançı qeyd edib ki, yaxın zamanlarda beynəlxalq yarışlara qatılacaq. 
 
Qeyd edək ki, "Rampage" ləqəbli İlqar MMA döyüşçümüz dünya və avropa mükafatçısı,bir sıra beynəlxalq turnirlərin qalibi, APG & MMA, AJJ Federasiyasının üzvüdür.
XƏBƏR LENTİ