07:23 Bazar Günü, 18 Fevral 2018
SOSİAL

Azərbaycanlı məşhurlar Zəhra üçün bir araya gəldi- VİDEO

14:23, 17.07.2017933
Azərbaycanlı məşhurlar Zəhra üçün bir araya gəldi- VİDEO
Beynəlxalq Muğam Mərkəzində "Zəhra” şüarı adı altında müharibələrdə həlak olmuş uşaqların anım gecəsi keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Söz” ədəbi layihəsi çərçivəsində Cabir Novruz Fondu, Beynəlxalq Muğam Mərkəzi, "Asan Radio” və Azərbaycan Gənclər Fondu tərəfindən təşkil olunub.
 
Layihənin direktoru şairə Nigar Həsənzadə tədbir iştirakçılarına təşəkkürünü bildirib və gecənin məqsədindən danışıb.
 
Mərasimdə "Eurovision” beynəlxalq mahnı müsabiqəsinin qalibi Nigar Camal, Azərbaycanın 2008 və 2015-ci illərdə "Eurovision” yarışmasında təmsilçisi və finalçısı Elnur Hüseynov, əməkdar artistlər Sevda Ələkbərzadə və Tünzalə Ağayeva, eyni zamanda şairlər Xəyal Rzazadə, Şəhriyar Del Gerani, Mehman Rəsulov, Solmaz Süleymanlı, Leyli Salayeva çıxış ediblər.
 
Tədbirdən videonu təqdim edirik
 
Video + Foto: Nurlan Gülməmmədov
 

 

 

 

 

 

 

 



0
XƏBƏR LENTİ