09:51 Bazar Günü, 15 Dekabr 2019
FOTOSESSİYA

Azərbaycanlı modelyer Türkiyənin önəmli dəfiləsində - FOTOLAR

16:35, 11.12.20136604
Azərbaycanlı modelyer Türkiyənin önəmli dəfiləsində -  FOTOLAR

Türkiyədə uğurlu işlərə imza atan model, eyni zamanda professional stilist-modelyer Xədicə İbrahimli növbəti böyük işlərə imza atıb.

AZXEBER.COM-un məlumatına görə, o, iştirak etdiyi dəfilə barəsində özəl olaraq Showlife.az-a danışıb.

Sözügedən dəfilə Türkiyənin önəmli məkanlarından sayılan “Swiss” oteldə gerçəkləşib. “Gələcəyə dönüş”başlıqlı “Fashion Show- 2013” valehedici təşkilatıylailə damğa vurub. Dəfilə Erol Albayrak Moda direktorluğu və Uğurkan Erez xoreoqrafiyası ilə hamı tərəfindən bəyənilib.

Ece Sükanın aparıcılığı ilə keçən gecədə Çağla Şikəl, Özgə Ulusoy, Tülin Şahin, Səma Şimşək, Tuğba Karacanın iştirak etdiyi35 nəfərlik top-modelləralqış toplayıb.

Ev sahibliyi edən qurumun direktoru Serkan Səlaməttəəssüratlarını Showlife.az-la bölüşüb: “Hər zaman moda ilə gözəlliyin bir arada ən yaxşı şəkildə varlığına inanırıq.Bunun ən gözəl nümunəsi Türkiyənin populyar stilistləri və modellərinin bir arada çalışaraq ərsəyə gətirdikləri dəfilələrdir

Gecədə hazırladığı geyim rəğbətlə qarşılanan azərbaycanlı təmsilçimizXədicə (Khaja) İbrahimli deyib ki, moda və stil dünyasının biliciləri və önəmli adlardan ilhamalaraq yola çıxıbsərgilədiyiyaşıl geyimini ərsəyə gətirib: “Hazırlıqlar və məşqlər çox maraqlı keçdi, ümumiyyətlə qatıldığım bütün professional dəfilələrə hazırlıqlarçoxzövqverici və bir o qədər ciddi keçir. Hər zaman professional stilist olaraq işimə məsuliyyətli yanaşmağımla 10 ballıq nəticə əldə etmiş oluram. Podiumda öz yaratdığım geyimləri görmək isə möhtəşəm, fərəhləndirici bir hissdir. Bu mənim üçün öz professionallığımın hər dəfə yenilənmiş formada sübutudur”.

Qeyd edək ki, yaxın günlərdə Xədicə İbrahimlinin saytımıza geniş müsahibəsi və özəl layihəsi ilə tanış olacaqsınız.

XƏBƏR LENTİ