08:11 Bazar Günü, 17 Dekabr 2017
SOSİAL

Azərbaycanlı müəllim velosipedlə 71 günə İstanbula getdi - VİDEO

00:50, 12.08.2017258
Azərbaycanlı müəllim velosipedlə 71 günə İstanbula getdi - VİDEO
 
Təqaüddə olan azərbaycanlı müəllim 71 günə İstanbula gedib.

AZXEBER.COM "ARB TV”yə istinadən xəbər verir ki, 71 gün velosipedlə səyahət edən Mingəçevir sakini Abid İsmayılov İstanbulu görmək arzusunu gerçəkləşdirib. Səyahət zamanı o, 4 min km məsafə qət edib.

Təqaüdçü müəllim olan İsmayılov illərdir şəkərli diabetdən əziyyət çəkdiyini və aktiv həyat tərzi ilə gümrah qaldığını deyir: 

"Şəkərin nə olduğunu mən bilmirəm. Bu etdiklərimlə şəkər qalar?! Adi günlərdə saat 6-da yuxudan dururam. Hər gün 15 km yol qət edirəm”.

İsmayılov gələcəkdə də bu cür səfərlər edəcəyini bildirib.
 

0
XƏBƏR LENTİ