20:42 Cümə, 22 Iyun 2018
Maqazin

Azərbaycanlı müğənni tanınmış biznesmenlə evləndi – FOTO

11:22, 09.03.20181573
Azərbaycanlı müğənni tanınmış biznesmenlə evləndi – FOTO
Tanınmış cazz ifaçısı Rilaya Hüseynzadə ailə həyatı qurub.

Martın 7-si paytaxt məkanlarının birində təmtəraqlı toy edən müğənni tanınmış biznesmen Andrey Sarıçevlə evlənib.

Sənətçi mərasim zamanı həyat yoldaşı ilə tanqo oynayaraq diqqətləri üzərinə çəkib.

Rilaya saytımıza açıqlamasında bildirib ki, tanqo oynamaq üçün çox əziyyət çəkməyiblər:

"Biz tanqo oynayanda bütün qonaqlar şokda idi. Rəqsi cəmi üç saat ərzində öyrənmişik. Çox həyəcanlı idim. Toyumuz istədiyimdən də yaxşı keçdi. Hər kəsə xoşbəxt olmağı arzu edirəm”.

Toydan olan fotolar və videolar sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, cütlük bir neçə müddətdir tanış olub. Onların nişanı isə avqust ayında baş tutmuşdu.
 
///Oxu.Az
 

 

 

 

 

 

 

 

 

 

 



XƏBƏR LENTİ