Azərbaycanlı müğənnilərin övladları: məmur, diplomat, polis, işsiz...

10 Aprel 2017, 15:36
AAA
Müğənnilər adətən gördükləri işlərlə - ifalarıyla göz önündə olurlar. İstər televiziya kanallarında, xəbər saytlarında, istərsə də digər media vasitələrində çıxışlarını görmək mümkündür. Lakin onlar sənətləri ilə yadda qalsalar da, ailə vəziyyətləri, övladları da həmişə maraq dairəsində olub. Bəs müğənnilərin övladları kimdir, hansı fəaliyyət sahəsindədirlər, nə işlə məşğuldurlar? 

Bir neçə müğənnilərin övladı barədə məlumatları təqdim edirik. 

Azərbaycanın xalq artisti Mənsum İbrahimov bildirib ki, dörd övladı var. Onun sözlərinə görə, övladlarından ikisi Bakı Dövlət Universitetinin fərqli fakültələrində təhsil alıb və hazırda işləyirlər: "İki övladım ali məktəbi bitirib və işləyirlər. Bakı Dövlət Universitetinin politologiya və beynəlxalq münasibətlər fakültələrində təhsil alıblar. Övladlarımdan biri diplomatdır, biri dövlət məmurudur. Üçüncü övladım tələbədir, sonuncusu isə orta məktəbdə oxuyur”.
 
İlqar Muradovun üç övladı var: "İki övladım universitet qurtarıb, biri isə hələ təhsil alır. Övladlarımdan ikisi Azərbaycan Dövlət İqtisad Universitetində, biri isə Azərbaycan Dillər Universitetində təhsil alıb”.
 
Xalq artisti Zaur Rzayevin oğlu Araz Rzazadə də atası kimi ifaçılıqla məşğuldur: "Oğlum müsəlman ölkələri içərisində yeganə insandır ki, dünyanın məşhur "La Scala” vokal akamediyasına qəbul olunub. Musiqi Akademiyasının professoru, klassik ifa üzrə böyük  pedaqoji təcrübəsi olan Hüseyn Əliyevdən vokal dərsləri alıb. Azərbaycan Akademik Opera və Balet Teatrında solist işləyib. Heydər Əliyev Fondunun və Respublika Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və təşkilatçılığı ilə istər respublikamızda, istərsə də xarici ölkələrdə keçirilən konsert proqramlarında iştirak edib. Oğlum eyni zamanda vokalçıların beynəlxalq müsabiqələri laureatıdır”
 
Əməkdar artist Ədalət Şükürov deyib ki, iki övladı var: bir qız, bir oğlan: "Qızım Xarici Dillər Universitetinin tərcümə fakültəsini bitirib. O, böyük şirkətlərin birində beynəlxalq əlaqələr üzrə fəaliyyət göstərir. Oğlum isə tələbədir və 2-ci kursda oxuyur”.
 
Müğənni Əlikram Bayramovun bir oğlu var. Müğəni bildirib ki, övladı hazırda işsizdir: "Oğlum Azərbaycan Kooperasiya Universitetində təhsil alıb. Əvvəl "Zaminbank”da işləsə də, bank bağlandığına görə hazırda işsizdir”.
 
Əməkdar artist Baloğlan Əşrəfovun iki oğlu, iki qızı var: "Mənim övladlarım böyükdürlər, hərəsinin öz ailəsi var, işləri ilə məşğuldurlar. Qızlarım müəllimədirlər. Övladlarımdan biri  Azərbaycan Dövlət İqtisad Universitetini, biri Naxçıvan Universitetini, biri Azərbaycan Dövlət Pedaqoji Universitetini, digəri isə eyni zamanda başqa dövlət universitetini bitirib”.
 
Müğənni İlqar Sailin sözlərinə görə, onun üç övladı var: iki qız, bir oğlan: "Oğlum musiqi ilə məşğuldur və oxumağı  məndən öyrənir. Bir qızım evlidir. Digər qızım isə universitetdə politologiya sahəsi üzrə təhsil alır”.

Tanınmış xanəndə, əməkdar artist Bəsti Sevdiyevanın oğlu Ayxan polis əməkdaşıdır.
///modern.az

Oxunma sayı : 4078

Loading...
SON XƏBƏRLƏR
"Başqasına verirdilər, mən də onunla qaçdım" - Sevgilisi öldürülən qız qardaşına od püskürdü - 25 Aprel 2017, 14:27
“Əslində bizi və xalqı fırladırlar” - Millət vəkili - 25 Aprel 2017, 14:20
Son 3 ildə 3 dəfə qazdılar, 3 dəfə asfalt çəkdilər - Bakıda milyonların itdiyi yoldan FOTOLAR - 25 Aprel 2017, 14:16
Zahir Əzəmət: "Hamı deyir “pul yoxdur, reklam yoxdur”, amma pul olsa nə dəyişəcək ki?" - MÜSAHİBƏ - 25 Aprel 2017, 14:11
"Ya həbs oluna bilərik, ya da..." - Tahir İmanov - 25 Aprel 2017, 13:58
"Başqasına verirdilər, mən də onunla qaçdım" - Sevgilisi öldürülən qız qardaşına od püskürdü - 25 Aprel 2017, 13:52
Gövhər Həsənzadə: "Bu gün efirə çıxmaq asandır və hər şey maliyyə ilə həll olunur" - MÜSAHİBƏ - 25 Aprel 2017, 13:41
Dollar bahalaşdı - Hərracda - 25 Aprel 2017, 13:40
Rayona göndərilmiş müəllimənin oğurlanıb zorlanması ilə bağlı - Yeni xəbər - 25 Aprel 2017, 13:34
Bakıda gecə vaxtı evləri sökülən sakinlər danışdı - VİDEO - 25 Aprel 2017, 13:11
"Rus istehsalı olan maşınları yol hərəkətindən çıxaraq" - Deputat - 25 Aprel 2017, 13:09
Bakı metrosunda sərnişinləri çaşdıran maraqlı hadisə - VİDEO - 25 Aprel 2017, 13:04
“Hozu” filminə gülənlər... - 25 Aprel 2017, 13:02
Sabah da külək olacaq - 25 Aprel 2017, 12:55
Xızıda əməliyyat keçirilib: narkotik, silah tapıldı - 25 Aprel 2017, 12:53
Əziz Seyidov Ali Məhkəməyə hakim gedir - 25 Aprel 2017, 12:46
Azərbaycanda ilk: Bu filmin qala gecəsinə bilet alıb, gəlmək mümkün olacaq - VİDEO - 25 Aprel 2017, 12:46
"Bu nə paltardı geyinmisən, sənə demişəm "razmer"inə görə geyin" - VİDEO - 25 Aprel 2017, 12:37
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Çernobıl əlilləri ilə görüşü keçirilmişdir - 25 Aprel 2017, 12:34
NIKOIL | Bank reqbi üzrə beynəlxalq turnirə dəstək oldu - 25 Aprel 2017, 12:30
Bakıda film kimi hadisə: polis özünü öldürmək istəyən şəxsi belə xilas etdi - TƏFƏRRÜAT - 25 Aprel 2017, 12:28
“Qara bazarı” ləğv edəcək qərar - dollar almaq istəyənlərin işi asanlaşacaq - 25 Aprel 2017, 12:11
Azərbaycan məktəblərində dərs olmayacaq - RƏSMİ - 25 Aprel 2017, 12:05
İbrahim Mehdiyev üçün yolun sonu: Yasamalda son 10 gündə 3 etiraz aksiyası - 25 Aprel 2017, 11:57
"Təcili yardım işçilərini döyənlər məhkəməyə verilib"- Rəsmi açıqlama - 25 Aprel 2017, 11:51
"Jurnalist olmaq istəməmişəm" - Əflatun Amaşovun oğlu - 25 Aprel 2017, 11:30
“Səni tutacağıq” - Yaxını həbs olunan köçkündən merə - VİDEO - 25 Aprel 2017, 11:25
Bakı yaxınlığında ağır qəza: qadın öldü - 25 Aprel 2017, 11:13
"Neft hasilatı azaldılmalıdır" - Natiq Əliyev - 25 Aprel 2017, 11:05
DTX-ya yeni səlahiyyət verildi - 25 Aprel 2017, 10:59
Bakıda dəhşətli hadisə: güclü külək fəhləni binadan aşağı atdı - VİDEO - 25 Aprel 2017, 10:51
Ağdaşda 10-cu sinif şagirdi özünü asdı - 25 Aprel 2017, 10:43
Bakıda sevdiyi oğlan tərəfindən atılan qız intihar etmək istədi - 25 Aprel 2017, 10:34
Azərbaycanda yüksək rütbəli məmur vəfat etdi - 25 Aprel 2017, 10:30
Rayonlarımız atəşə tutuldu - 25 Aprel 2017, 10:26
Bakıda təcili yardımın sürücüsü və tibb bacısı döyüldü - 25 Aprel 2017, 10:14
Yasamalda gərgin anlar: Evlər sökülür, jurnalistlər daşlanır - FOTOLAR - 25 Aprel 2017, 01:24
400 minə qızına toy edən məmur haqqında yazılanları internetdən sildirir - İDDİA - 25 Aprel 2017, 01:01
Azərbaycanda 2 yaşlı uşağa siqaret çəkdirdilər -- ŞOK VİDEO - 25 Aprel 2017, 00:51
Əli ilə Naz yenə ayrıldı - VİDEO - 25 Aprel 2017, 00:48
Mən niyə oğluma 400 manata velosiped ala bilmirəm? - 24 Aprel 2017, 19:05
Tovuzun icra başçısının müavini "facebook"da yayılan fotoya görə işdən qovuldu - 24 Aprel 2017, 18:54
"Lider"in xanım aparıcısı hovuz kənarında - FOTOLAR - 24 Aprel 2017, 18:30
Azərbaycanlı gənc ilkə imza atdı – Bu təşkilatın təqüdünü qazandı - 24 Aprel 2017, 17:57
Ermənilərdən Azərbaycana qarşı TƏXRİBAT - 24 Aprel 2017, 17:37
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10