Azərbaycanlı oliqarxı ən yaxın adamı satdı

22 Sentyabr 2017, 16:55
AAA

Azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılovun ətrafında həlqə getdikcə daralır.

Rusiya İstintaq Komitəsi ona qarşı qiyabi ittiham irəli sürməyə və barəsində beynəlxalq axtarış elan etməyə hazırlaşır. Bu haqda "Rosbalt" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazıb. 

Bildirilir ki, Telman İsmayılovun barəsində rəsmi ittihamın irəli sürülməsinə hazırlıq onun qardaşı, sifarişli qətllərdə ittiham edilən Rafiq İsmayılovun işində mühüm şahidin meydana çıxmasıdır. Həmin şahid İsmayılovlar ailəsinə daxil idi və istintaqa İsmayılov qardaşlarının "koptevsk" mütəşəkkil cinayətkar qruplaşmasının liderlərinin seriya qətllərini sifariş etdiyinə dair ifadə verib.

Mənbələr bildiriblər ki, bu günlərdə Moskvada Telman İsmayılova aid 12 ünvanda qəfil axtarışların aparılması da şahidin ifadəsi və cinayət işində yeni detalların ortaya çıxması ilə bağlı idi. Belə ki, biznesmen Sergey Qavryuşin istintaqla fəal əməkdaşlıq etməyə başlayıb. O, 15 ildən çox Rafiq İsmayılovun köməkçisi olub, İsmayılovların ailəsində bütün təsərrüfat işlərinə cavabdeh idi və dəfələrlə Telman İsmaylovun tapşırıqlarını yerinə yetirib. Qavryuşin habelə "Merkuri-R" MMC-nin baş direktoru olub. Bu şirkətin təsisçisi Rafiq İsmayılovdur. Habelə biznesmenin adına Moskvadakı "Abramtsevo" bazarı və bir sıra digər ticarət nöqtələri də rəsmiləşdirilib. "Merkuri-R" şirkəti ötən ilin sonunda Rafiq İsmayılovun həbsindən sonra ləğv edilib.


Mənbə bildirib ki, Qavryuşin faktiki olaraq Rafiq İsmayılovun "kölgəsi" idi. Ona görə də Telman və Rafiq İsmayılov qardaşları ondan çəkinmirdilər və yanında açıq söhbətlər aparırdılar. "Qavryuşin ifadə verib və istintaqa imkan yaradıb ki, İsmayılov qardaşlarının 2000-ci ildə biznesmen Andrey  Lobanovun qətlində, habelə bir sıra digər cinayətlərdə əli olduğunu müəyyən etsin"-mənbə "Rosbalt"a deyib. Mənbənin bildirdiyin görə, Qavryuşin şahidlərin müdafiəsi proqramına cəlb olunub, yəni onun təhlükəsizliyinin təmin olunması üçün bütün tədbirlər görülüb.

Bundan əvvəl Rafiq İsmayılovun "sağ əli" hesab edilən Harri Belotserkovski də onun əleyhinə ifadə vermişdi. Belotserkovskinin ifadəsinə əsasən 2000-ci ildə o, Rafiqlə birlikdə "Praqa" restoranına gedib, orada Telman İsmayılovun söhbətinin şahidi olub. Həmin söhbətdə qardaşlar "koptevsk" qruplaşmasının lideri Andrey Lobanovun öldürülməsini müzakirə edirdilər. "Loban" ləqəbli Lobanov rəsmən "Alkor" QSC-nin vitse-prezidenti idi. 2000-ci ilin dekabrında Rafiqin silahlıları Lobanovu və mühafizəçisini evinin qarşısında avtomatla güllələyib. Biznesmen ölüb, mühafizəçisi yaralanıb.

"Hazırda şahid ifadələrinin yoxlanılması və digər mənbələrdən sübut bazasının toplanması proses gedir, o cümlədən İsmayılovların evlərində aparılmış axtarışlar aparılır. Bu işlərin yekunlaşmasından sonra Telman İsmayılovun barəsində prosessual tədbirin görülməsinə dair qərarlar veriləcək"-mənbə deyib.


Hazırda İsmayılovlara qarşı mütəşəkkil cinayətkar qruplaşma yaratmaq, qətllər, qanunsuz silah saxlama, qanunsuz bank fəaliyyəti, qəsdən yandırma maddələri ilə istintaq gedir. Qruplaşma azı iki sifarişli qətldə şübhəli bilinir, ancaq daha üç sifarişli qətlə dair dəlillər toplanır. Qurbanlar "koptevsk" qruplaşmasının liderləri və onlara bağlı olan biznesmenlərdir.

Belə ki, 90-cı illərin sonlarında İsmayılovlar Şimal inzibati dairəsindəki gəlirli obyektlərə-Lianozovs bazarına, Qərbi Dequninodakı bazara və bir sıra digər ticarət obyektlərinə göz dikiblər. Həmin obyektlər "koptevsk" qruplaşmasının nəzarətində idi. Bu obyektlərə görə Lobanovla başlayan münaqişə sonda onun və adamlarının öldürülməsi ilə nəticələnib.

Əməliyyatçıların bildirdiyinə görə, bundan sonra İsmayılovlar Lobanovun varisləri ilə müharibəyə başlayıblar. Beş il ərzində ən azı yeddi kriminal "avtoritet" öldürülüb. Bu müharibənin akkordu 2005-ci ildə Lianozovsk bazarının yandırılması olub. Həmin yanğın Telman İsmayılovun əmri ilə törədilib. Nəhayət "koptevsk" qruplaşması və ona bağlı biznesmenlər İsmayılovların "krışası" altında işləməyə, bizneslərini bölüşdürməyə razı olublar.

///virtualaz.org

Oxunma sayı : 402

SON XƏBƏRLƏR
Bakıda 70 "avtoş" saxlanıldı - 19 Oktyabr 2017, 19:53
Amerikalı həmsədrdən Qarabağ bəyanatı - 19 Oktyabr 2017, 19:51
FETÖ-nün Azərbaycandakı "boz kardinalı" həbs edildi - 19 Oktyabr 2017, 19:50
Qadın sanıb evə apardı: soyunanda həyatının şokunu yaşadı - FOTO - 19 Oktyabr 2017, 19:49
Ən yaxşı 11-lik: Rəşad Sadıqov Messi ilə eyni siyahıda - 19 Oktyabr 2017, 19:47
Nazir Azad Rəhimov: "Qarabağ" hakim səhvi ilə bağlı UEFA-ya şikayət edəcək" - 19 Oktyabr 2017, 19:46
Azərbaycan Prezidenti Türkiyədə səfərdədir726667 - 19 Oktyabr 2017, 19:43
Nişanlısı zənginə cavab verməyincə evlərinə getdi: gördüyündən şok oldu - FOTO - 19 Oktyabr 2017, 19:41
Dollar sabah neçəyə olacaq? - RƏSMİ MƏZƏNNƏ - 19 Oktyabr 2017, 18:37
11-ci sinfi şagirdinin ölümünə səbəb olan "zavuç"a - 500 manat cərimə - 19 Oktyabr 2017, 17:44
"Biz öz gücümüzə arxalanmalıyıq" - Əli Həsənov - 19 Oktyabr 2017, 17:33
"Sənin Elşad Xose qədər ağlın olsaydı, bu sözü deməzdin" - Oksana keçmiş ərini müdafiə etdi - 19 Oktyabr 2017, 17:30
Rəşad Sadıqov Messi ilə eyni siyahıda - Ən yaxşı 11-lik - 19 Oktyabr 2017, 17:19
Prezident Xanbala Orucov haqqında sərəncam imzaladı - 19 Oktyabr 2017, 17:09
Çavuşoğludan Azərbaycana qarşı qəbul olunan sənədlə bağlı AÇIQLAMA - 19 Oktyabr 2017, 16:59
DYP açıqladı: Maşında söhbət etsəz, cərimələnəcəksiz - 19 Oktyabr 2017, 16:59
İTV-də maliyyə pozuntuları aşkarlandı - RƏSMİ - 19 Oktyabr 2017, 16:37
"Azəristiliktəchizat"a qarşı maliyyə sanksiyası tətbiq olunacaq - 19 Oktyabr 2017, 16:31
"Biz özümüzü gec-tez göstərməliydik" - Şehiç - 19 Oktyabr 2017, 16:20
4 noyabrın sirri açıldı - 19 Oktyabr 2017, 16:16
"Qanun nəşriyyatı" Gömrük İdarəsini məhkəməyə verdi - 19 Oktyabr 2017, 16:09
Nazir müavini nazirlə quda oldu - 19 Oktyabr 2017, 15:57
"Ndlovunun epizodunda penalti yox idi" - İspaniyalı məşhur hakim - 19 Oktyabr 2017, 15:48
Fəhlə arvadının iki kişi ilə görüntülərini çəkdi - Bakıda şok - 19 Oktyabr 2017, 15:34
"Qalatasaray" - "Fənərbaxça" derbisinin hakimi bəlli oldu - 19 Oktyabr 2017, 15:24
Tibb bacısı olan ana işdə 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı...- Salyanda faciə - 19 Oktyabr 2017, 15:00
Heydər Əsədov aqrar sektoru necə batırır - Dövlətin göyə sovrulan milyonları (RƏQƏMLƏR) - 19 Oktyabr 2017, 14:59
“Qarabağ”ın UEFA-da reytinqi açıqlandı - 19 Oktyabr 2017, 14:47
Tacir sevgilisi olmuş Fədayə Laçın haqqında: "Onun kimi kimsə ola bilməz" - 19 Oktyabr 2017, 14:32
Xəzərdə zəlzələ oldu - 19 Oktyabr 2017, 14:17
Müəllim "D" hərfini yaza bilməyən 1-ci sinif şagirdini şillələdi - VİDEO - 19 Oktyabr 2017, 13:59
"Məktəb illərində mənə qoçu deyirdilər" - Elza Seyidcahan - 19 Oktyabr 2017, 13:49
Mingəçevirdə kütləvi dava: 22 yaşlı gənc ağır yaralandı - 19 Oktyabr 2017, 13:36
Olimpiya çempionu: Fürsət tapan kimi məni zorlayırdılar - 19 Oktyabr 2017, 13:21
Novxanıda iranlı tələbəni öldürənlər daha bir evə basqın etdilər - 19 Oktyabr 2017, 13:02
Ağdam rayon İcra Hakimiyyətinin başçısı məhkəməyə çağırıldı - 19 Oktyabr 2017, 13:00
""Maşın-şou"da qanun pozuntusu yoxdur” - MTRŞ sədri - 19 Oktyabr 2017, 12:45
Həbs ediləcəyi deyilən Şəmsəddin Hacıyev danışdı - “Əgər fakt təsdiq edilərsə…” - 19 Oktyabr 2017, 12:40
Nazirdən qriplə bağlı ƏMR - 19 Oktyabr 2017, 12:17
"Qarabağ"ın matçında hakimin şübhəli qərarı zamanı stadionda müəmmalı olay - FOTO - 19 Oktyabr 2017, 12:03
Sevgilisi ilə qaçmaq istəyən qız öldü - 19 Oktyabr 2017, 11:53
"Könül Kərimovaya qanunsuz torpaq verilib" - Dövlət Komitəsi - 19 Oktyabr 2017, 11:51
Müsavatın yürüşünə icazə verilmədi - RƏSMİ - 19 Oktyabr 2017, 11:49
«Geostorm» - IMAX-da ekslüziv press-nümayiş baş tutdu - 19 Oktyabr 2017, 11:47
“Komandamızı sıxışdırdılar” — Prezidentin köməkçisindən Qarabağın oyunu haqqında ŞƏRH - 19 Oktyabr 2017, 11:45
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10