17:25 Bazar Ertəsi, 18 Iyun 2018
SİYASƏT

Azərbaycanlı polis Rusiyada bir ailəni yanğından xilas edib

20:00, 22.10.2017741
Azərbaycanlı polis Rusiyada bir ailəni yanğından xilas edib
Rusiya Yol-Patrul Xidmətinin (YPX) azərbaycanlı əməkdaşı Baxış Kərimov Sverdlovsk vilayətində dörd uşağı ölümdən xilas edib.
 
Rusiya DİN-in yaydığı məlumata görə, həmyerlimiz işdən evə qayıdan zaman Pervomaysk qəsəbəsində evlərdən birində yanğın olduğunu görüb.
 
O, dərhal yanğınsöndürənləri hadisə yerinə çağırıb. B.Kərimov yanğınsöndürənlər hadisə yerinə gələnədək evə girib, dörd uşağı və valideynlərini xilas edib.
 
Rusiya DİN göstərdiyi qəhrəmanlığa görə Baxış Kərimovu mükafatlandırıb.
XƏBƏR LENTİ