03:28 Bazar Ertəsi, 18 Dekabr 2017
DÜNYA

Azərbaycanlı qadın Konyada birgə yaşadığı kişini öldürdü

12:17, 02.12.20171708
Azərbaycanlı qadın Konyada birgə yaşadığı kişini öldürdü

Türkiyənin Konya vilayətinin Selçuklu qəsəbəsində Azərbaycan əsilli qadın tərəfindən bıçaqlanan kişi dünyasını dəyişib.

Sağlamlıq müayinəsindən keçirilən şübhəli qadın jurnalistlərin "Niyə öldürdünüz?" sualına verdiyi cavabla hər kəsi dəhşətə gətirib.

Məlumata görə, Azərbaycan əsilli Aysel E. (27) evdə 9 aylıq uşağı Emir E-ni hərəkətsiz halda görüncə, uşağını birlikdə yaşadığı Ümit Göker (34) ilə xəstəxanaya aparıb.

Həkimlərdən uşağında boğulma əlamətləri olduğunu öyrənən Aysel E. ilə Ümit Göker arasında avtomobildə mübahisə düşüb.

Qısa zamanda davaya dönən olayda bıçaqla yaralanan Göker çatdırıldığı Selçuk Universiteti Tibb Fakültəsi Xəstəxanasında dünyasını dəyişib.

 

Şübhəli Aysel E. saxlanılıb. Aysel E. jurnalistlərin "Niyə öldürdünüz?" sualına, "Uşağımı yorğanla boğdu. Ona görə də öldürdüm. Peşmanam" cavabını verib.

Müalicəsi davam edən uşağın həyati təhlükəsinin davam etdiyi deyilir.

///Milli.Az
0
XƏBƏR LENTİ