18:28 çərşənbə, 12 Dekabr 2018
SOSİAL

Azərbaycanlı qadınların Trabzon və Çankırı macəraları - Şok təfərrüat

23:35, 14.11.20189289
Azərbaycanlı qadınların Trabzon və Çankırı macəraları - Şok təfərrüat
Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirli bilinən Ağdaş şəhər sakini, 1964-cü il təvəllüdlü Tünzalə Vəliyevanın (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Tünzalə Vəliyeva qadınları aldatmaq yolu ilə cinsi istismar etmək qərarına gəlib. Onun ilk qurbanı 2015-ci ilin avqust ayının sonlarında Trabzon şəhərində rastlaşdığı Samirə Məmmədova olub.

Çankırıda fahişəlik etdi

Tünzalə Vəliyeva onu Çankırı şəhərində işə düzəldəcəyini vəd edib. Samirə Tünzalənin yalan vədinə inanıb və həmin ilin avqust ayının sonlarında onunla birgə Çankırı şəhərinə gedib.

Orada Samirənin ümumvətəndaş pasportunu əlindən alıblar. Həmin ilin sentyabr ayınadək Samirə kişi müştərilərlə görüşüb, pul ödənişi müqabilində cinsi əlaqədə olmağa məcbur edilib.

Rüsvay edəcəyi ilə hədələdi

Daha sonra Tünzalə Vəliyeva hədə-qorxu, məcburetmə vasitəsi ilə cinsi istismar etmək məqsədi ilə 2015-ci ilin sentyabrında Trabzon şəhərində Nəzakət adlı qadını hədələyib. O, Nəzakətin Sevdanın nəzarəti altında fahişəliklə məşğul olduğunu yaxın qohumlarına deyəcəyini bildirib.

Tünzalə hədə-qorxulardan sonra Nəzakəti Çankırı şəhərindəki adamı Qərənfilin yanına gətirməyə müvəffəq olub.

İki ay kişilərlə görüşdü

Orada Tünzalə və Qərənfil hədə-qorxu yolu ilə Nəzakəti kişi müştərilərlə görüşdürüb, pul qazanmağa başlayıblar. Təzyiqlərə məruz qalan, Nəzakət orada iki ay kişilərlə cinsi əlaqədə olub.

Nəzakətdən sonra Tünzalənin növbəti qurbanı Nərgiz adlı qadın olub. O, Nərgizlə həmin il noyabrın 6-da Çankırı şəhərində rastalaşıb.

Zəyifliyindən istifadə etdi, kişilərlə görüşdürdü

Tünzalə Nərgizin Azərbaycana qayıtmaq imkanı olmadığını bilib, onun çətin vəziyyətdə sui-istifadə etmək qərarına gəlib.

Beləliklə, Tünzalə noyabrın 7-dən dekabrın 5-dək olan müddətdə Nərgizi Çankırıda pul ödənişi müqabilində kişi müştərilərlə görüşməyə məcbur edib.

Cinsi əlaqədə olmasını təklif etdi

Lakin bir müddətdən sonra Nərgiz xilas ola bilib. Bundan sonra Tünzalə növbəti qurbanını axtarmağa başlayıb. O, dekabr ayının ortalarında Türkiyənin Adıyaman şəhərində Vəfa adlı qadınla görüşüb. O, Vəfanı da Çankırı şəhərində işə düzəldəcəyi vədi ilə aldadıb.

Çankırıya gəldikdən sonra aldadıldığını başa düşən Vəfa kişi müştərilərlə görüşməyı razılıq verib. O, dekabrın 23-dək Çankırıda kişi müştərilərlə görüşüb, pul müqabilində onlarla cinsi əlaqədə olub.

Qadını şantaj etdi, avtobusda həbs olundu

Tünzalə sonuncu qurbanı ilə Gəncə şəhərində rastlaşıb. O, 5 yanvar 2016-cı ilə Gəncə şəhəri, Kəpəz rayonu, İsaq Cəfərov küçəsində Səliməni hədələyib. Tünzalə yaxın qohumlarına Səlimənin onun nəzarəti altında fahişəliklə məşğul olduğunu deyəcəyini bildirib.

Hədə-qorxu gəlməklə məqsədinə nail olan Tünzalə yanvarın 5-də Türkiyəyə yola düşən avtobusda Səlimə ilə görüşüb. Həmin vaxt Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Tünzalə həbs edilib.

Cəza verildi

İstintaq orqanı tərəfindən Tünzalə Vəliyevaya Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) və 144-1.2.2-ci (insan alveri təkrar törədildikdə) maddələri ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tünzalə Vəliyeva 5 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Tünzalə Vəliyeva apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, cəzasının yüngülləşdirilməsini istəyib.

Şikayət etsə də, istəyi reallaşmadı

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Tünzalə Vəliyevanın apelyasiya şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan Tünzalə Vəliyeva kasasiya şikayəti verib.

Tünzalə Vəliyevanın kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada araşdırılıb.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Tünzalə Vəliyevanın kasasiya şikayəti təmin olunmayıb.
XƏBƏR LENTİ