Azərbaycanlı “qanuni oğru”ların savaşı başladı

08 Sentyabr 2017, 10:12
AAA

Azərbaycanlı "qanuni oğru”, "Rəşad Gəncinski” ləqəbi ilə tanınan Rəşad İsmayılovun avqustun sonunda Abxaziyada güllələnməsi kriminal aləmdə yeni savaş yaradıb. Məlum olduğu kimi, "Gəncinski” Abxaziyanın Qudauti şəhərinə Azərbaycanın ən titullu "qanuni oğru”su Nadir Səfilovun ("Lotu Quli”) tapşırığı ilə gedibmiş. Səfərdə əsas məqsəd isə "Quli”yə yaxın olan "Nika Qaqrinski” ləqəbli "qanuni oğru” Nikolay Dqebuadzeyə dəstək vermək olub.

Qudautiyə gedən "Rəşad Gəncinski” şəhərdəki restoranların birində olarkən  "Nika” ilə düşmən olan "qanuni oğru”, "Pıza” ləqəbli Raul Bartsba silaha əl atıb. 

Nəticədə azərbaycanlı "qanuni oğru” və "Nika Qaqrinski” güllə yarası alıblar. Rusiya mətbuatı yazır ki, "Gəncinski” ayağından yaralanıbmış və müalicəsini yarımçıq qoyaraq, xəstəxanadan qaçıb. 

İddia olunur ki, "Rəşad Gəncinski” hazırda sağalıb və internet vasitəsilə kriminal aləmdəki dostları ilə əlaqə saxlayır. Onun Moskvaya qayıtması barədə xəbərləri yaxın ətrafı təsdiq etmir. Çünki Moskva polisi bir müddət əvvəl onun adamlarını ələ keçirib. Həmin şəxslər reketlik, adam oğurluğu və digər cinayətlərdə ittiham edilirlər. Onların ilkin ifadələrindən sonra hüquq-mühafizə orqanları "Rəşad Gəncinski” barəsində axtarış elan edib.

"Qanuni oğru”nun güllə ilə "həmkarını” yaralaması isə kriminal aləmdə geniş rezonans doğurub. Çünki bu, kriminal aləmdə qəbuledilməzdir. "Rosbalt” yazır ki, "Pıza” öz əməlini belə izah edib ki, onun oturduğu restorana gələnlər özlərini "qanuni oğru” kimi deyil, xuliqan kimi aparıblar. "Pıza” əlavə edib ki, "Nika Qaqrinski”nin "oğru” statusu sual altındadır, "Rəşad Gəncinskini” isə sifətdən tanımayıb. 

Bu səbəbdən də silaha əl atıb. Rusiya mediası iddia edir ki, bu izahat "Gəncinskini” Abxaziyaya göndərən "Lotu Quli”ni təmin etməyib və o, "Pıza”nı cəzalandırmağa qərar verib. "Rosbalt” bunu "Pıza”nın sonu kimi qiymətləndirir. Bildirilir ki, abxaz "qanuni oğru”nu aradan götürmək o qədər də asan olmayacaq, çünki o, Abxaziyadan kənara çıxmır.

Daha bir xəbər odur ki, "Pıza” artıq yunan mafiyasından etdiyi əmələ görə dəstək alıb. Bu yaxınlarda "Quli”yə qarşı qruplaşma yaradan azərbaycanlı "qanuni oğru”ların da "Pıza” ya dəstək verəcəkləri deyilir. Söhbət Rafiq Eyvazov ("Rafiq Masallılı”), Cavid Məmmədov ("Dato Ağcabədili”), Emin Əhmədov ("Emin Hacıqabullu”) və Ceyhun Əsgərovdan ("Ceyhun Gəncəlidən”) gedir. Bu isə kriminal aləmdə yeni savaşın anonsu deməkdir.

Yada salaq ki, "Rəşad Gəncinski”nin "Quli”nin klanına qoşulduğu barədə məlumatlar hələ bir neçə ay əvvəl yayılmışdı. Məlumatlarda deyilirdi ki, "Quli” "Rövşən Lənkəranski”nin qətlindən sonra güclənərək, bir-birinin ardınca Moskva və Moskva ətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətinə alıb. 

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə o zaman bildirmişdi ki, "Rəşad Gəncinski” qanqsterlər arasındakı söhbətlərdən birində "Lənkəranski”ni onun əmri ilə "o biri dünyaya göndərdiklərini” deyibmiş. "Rəşad Gənsinski” bildirib ki, "Lənkəranski”nin qətlinin motivi onun yaxın dostu, "göyərti kralı” kimi tanınan biznesmen Cambulat Şamiloğlunun öldürülməsidir. Amma daha maraqlısı odur ki, Rusiya hüquq-mühafizə orqanları "Rəşad Gəncinski”ni Canbulat Şamiloğlunun qətlinin sifarişçisi kimi axtarışa verdi. 

Rusiya mətbuatı yazırdı ki, azərbaycanlı "qanuni oğru” qətl göstərişini hazırda həbsdə olan "Şakro Molodoy” kimi tanınan Zaxari Kalaşovdan alıb və killer axtarışına çıxıb. 2016-cı ildə Moskvanın yol polisi əməkdaşları təsadüf nəticəsində bir nəfəri saxlayıblar və ondan Canbulat Şamiloğlunun qətlə yetirildiyi silah tapılıb. Araşdırma nəticəsində killerin telefonundan "Rəşad Gəncinski” ilə zəngləşməsi və yazışdığı məlum olub. Tapılan yazışmada söhbət Canbulatın öldürülməsindən gedirmiş. Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb, amma "Rəşad Gəncinski”nin bu məsələyə görə axtarışa verildiyi dəqiq bilinmir. 

Məlumat üçün deyək ki, "Rəşad Gəncinski” 1978-ci ilin 16 martında Gəncədə anadan olub. "Qanuni oğru” adını isə 2013-cü ildə alıb.

///musavat.com

Oxunma sayı : 4734

SON XƏBƏRLƏR
Sabunçudakı “26 Bakı komissarı” küçəsinin adı dəyişdirildi – FOTO - 25 Sentyabr 2017, 11:40
Türkiyə İraqla sərhədi bağladı - 25 Sentyabr 2017, 11:34
Bakıda transseksuallara qarşı niyə əməliyyat keçirilir? - Nazirlik səbəb açıqladı - 25 Sentyabr 2017, 11:25
Tanınmış həkim-kosmetoloq Elnarə Rzayevadan 3 möhtəşəm maska - PULSUZ EVDƏ GÖZƏLLƏŞİN (VİDEO) - 25 Sentyabr 2017, 10:54
Bu ərazilərdə su olmayacaq - DİQQƏT - 25 Sentyabr 2017, 10:52
11 yaşlı qızı zorlayan azərbaycanlı həbs edildi - 25 Sentyabr 2017, 10:46
Bakıda 48 yaşlı kişi özünü turnikdən asdı - 25 Sentyabr 2017, 10:22
Akif Əlinin Lütfi Zadəni təhqir etməsinin ilginc səbəbləri - VİDEO - 25 Sentyabr 2017, 10:19
Ordumuz iriçaplı pulemyotlardan atəşə tutuldu - 25 Sentyabr 2017, 09:44
Elza tənqid olunduğu müsabiqədən getdi - 25 Sentyabr 2017, 09:38
Bakı metrosunda cinayət — Girişdə gənc oğlanı bıçaqladılar + FOTO - 25 Sentyabr 2017, 09:26
Zaqatalada meşə yanğını söndürülüb - 25 Sentyabr 2017, 09:13
Neft ucuzlaşıb - 25 Sentyabr 2017, 09:02
Türkiyədə silkələndi - 24 Sentyabr 2017, 21:33
İmişlidə iki avtomobil toqquşub - 24 Sentyabr 2017, 16:42
Erməni deputatlar Bakını gəzdilər - Fotolar - 24 Sentyabr 2017, 16:14
22 yaşlı qız bazarlıq adı ilə evdən qaçdı - 24 Sentyabr 2017, 15:45
"Həmişə mənə nümunəsən" - qızından Aygünə - 24 Sentyabr 2017, 15:09
Bakıda telekanal rəhbəri türkiyəli aparıcı ilə evləndi - Fotolar - 24 Sentyabr 2017, 14:19
Bakıda gecə klubunda 24 yaşlı qızı döydülər - 24 Sentyabr 2017, 13:33
DTX rəisi: Dövlətə xəyanət edən hərbçilərlə bağlı işlər davam edir - 24 Sentyabr 2017, 13:08
Ata avtobusdan düşüb qaçan 17 yaşlı qızını axtarır - 24 Sentyabr 2017, 13:06
" Gənclərin səhv yollara düşməməsi üçün müvafiq işlər aparılır" - DTX rəisi - 24 Sentyabr 2017, 12:58
Prezident Neftçala rayonunda - 24 Sentyabr 2017, 12:49
Mədət Quliyev İŞİD-ə qoşulan azərbaycanlıların sayını açıqladı - 24 Sentyabr 2017, 12:35
Tovuzda iki avtomobil toqquşdu - Yaralılar var - 24 Sentyabr 2017, 12:31
Bakıda bacısı ilə yazışan oğlanı görüşə çağırdı, doğradı - 10 il həbs tələb olunur - 24 Sentyabr 2017, 12:01
Deputatın oğlunun toyunda maraqlı hadisə - Gecikən məmura görə toyu 3 saat gec başlatdı - 24 Sentyabr 2017, 11:29
Bakıda gecə klubunda iranlı turistin başına oyun açdılar - 24 Sentyabr 2017, 11:17
Lütfi Zadənin nəşinin Bakıya gətiriləcəyi tarix açıqlandı - 24 Sentyabr 2017, 10:41
Bakıda restoranda dava - 24 Sentyabr 2017, 10:26
44 yaşlı kişi 9 yaşlı qızı zorladı - Bakıda dəhşətli hadisə - 24 Sentyabr 2017, 10:13
Bakıda məşhur restoranda ölüm - 24 Sentyabr 2017, 10:09
Masallıda həbsdən yeni çıxan kişi öz evini yandırdı - 24 Sentyabr 2017, 10:04
Cəbhədə gecə təxribatı: rayonlarımız atəşə tutuldu - 24 Sentyabr 2017, 09:56
Qənirə Paşayeva Kırşehirdə konfrans verdi - 23 Sentyabr 2017, 21:51
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başladı - 23 Sentyabr 2017, 21:39
Baş nazirə ağır itki - 23 Sentyabr 2017, 20:52
Xoşqədəm vəfat edən qardaşı haqda: "Kaş həyatda olardın" - 23 Sentyabr 2017, 17:44
BŞBPİ-dən Milli Şuranın mitinqi ilə bağlı - Açıqlama - 23 Sentyabr 2017, 17:32
Milyarderlərin dəbdəbəli villaları - FOTOLAR - 23 Sentyabr 2017, 17:18
Paytaxtda 11 dilənçi saxlanıldı - 23 Sentyabr 2017, 17:11
Gədəbəydə dəhşətli qətlin təfərrüatları - 23 Sentyabr 2017, 17:08
Bakıda 9 yaşlı qızı zorlayana hökm oxundu - 23 Sentyabr 2017, 14:42
"AccessBank" yaşlı qadına borc yazıb, maaşını oğurladı - Özbaşınalığın üstü belə açıldı (VİDEO) - 23 Sentyabr 2017, 13:56
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10