Azərbaycanlı “qanuni oğru”ların yeni savaşı: “Lotu Quli”nin qohumuna güllə atan kimdir?

31 May 2017, 11:19
AAA

 

Odessada atılan güllələrin Bakıda əks-sədası; "Rafiq Masallınski" yoxsa Albert?

Mayın 28-də Odessada iki azərbaycanlının - Gürcüstan vətəndaşı İlham Hacıyev və Oktay Arxalının həyatına sui-qəsd edildiyi barədə məlumat yayılıb. Rusiyanın primecrime.ru saytının məlumatında bildirilib ki, onlar "qanuni oğru” Nadir Səlifovun ( "Lotu Quli”) yaxın adamlardır. Sayt yazır ki, məlumata görə, İlham Hacıyev və Oktay Arxalıya BMW 5 avtomobilində hücum edilib. Killerlərin hücumu mayın 28-də gecə, Qaqarin küçəsində baş verib. Onların hər ikisi yüngül yaralanıb.

Yaralılar Odessada tibb müəssisəsinə müraciət etsələr də, orada qalıb müalicə olunmaqdan imtina ediblər.

Digər məlumata görə, xəsarət alanlardan biri-İlham Hacıyev digər azərbaycanlı "qanunu oğru” Albert Rıjiyə 2014-cü ilin mart ayında Sankt-Peterburqda edilən sui-qəsdin təşkilatçısıdır.

Məlumat üçün deyək ki, "Albert Rıjıy” kimi tanınan Əli Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. "Albert Rıjıy” ləqəbi ilə məşhurlaşan Ə.Heydərov "qanuni oğru” adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. "Ded Xasan” klanında yer alan "Albert Rıjıy” Rusiyanın Şimal-Qərb regionu üzrə "smotryayuşi” təyin edilib.

"Ded Xasan”ın qətlindən sonra da ("Ded Xasan” 2013-cü il yanvar ayının 16-da öldürülüb) klana sadiq qalıb. O, Rusiya vətəndaşı ilə evlənib və iki uşağı Arxengelskdə qeydiyyatdadır. Bu səbəbdən də Ə.Hüseynov həm də "Albert Arxangelsk” kimi də tanınır.


Rafiq Masallınski

O, ötən ilin yayında Türkiyədə qətlə yetirilən "qanuni oğru” "Rövşən Lənkəranski” ilə də düşmən münasibətdə idi. Onun "Lotu Quli” ilə münasibətlərinin hansı səbəbdən pis olduğu bilinmir, çünki onların hər ikisi "Ded Xasan” klanı ilə yaxın əlaqələrə malik olublar. 

2014-cü ildə isə "Albert Rıjıy”a sui-qəsdlə bağlı Sankt-Peterburqda keçirilən məhkəmədə əsas sifarişçi kimi "Lotu Quli”nin adı hallanırdı. 

Rusiya mətbuatı o zaman yazırdı ki, iş üzrə həbs edilən iki nəfər killer deyib ki, azərbaycanlı "vor zakon”un qətlinin sifarişini Peterburqda yaşayan bir nəfərdən alıblar. Bir neçə gün sonra sifarişçi - Gürcüstanda anadan olmuş İlham Hacıyev də həbs edilib. İddia olunurdu ki, "Hamlet” "Lotu Quli”nin qohumudur.


Amma bu məsələdə həm "Lotu Quli”nin, həm də qohumunun adının hallanması uzun müzakirələrə səbəb olub və kimin haqlı, kimin haqsız olduğu mediaya məlum deyil. Çünki Rusiya mediasında belə iddialar da vardı ki, sui-qəsd məsələsini "Albert Rıjıy” özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb.

"Quli”nin adamlarına sui-qəsddə kriminal aləmdə Rafiq Eyvazov ("Masallınski”) kimi məşhur olan başqa bir avtoritetin adı hallanır. Xatırladılır ki, "Lotu Quli”nin adamları İstanbulda Rafik Eyvazovu döyərək qulağını kəsmişdilər.


"Albert Rıjıy”

Yada salaq ki, aprelin sonunda Sankt-Peterburqda Cabir Həsənov adlı kriminal avtoritet qətlə yetirilmişdi. Rus mediası iddia edir ki, Cabir Həsənov cəzasını "Lotu Quli”nin saxlandığı 8 saylı həbsxanada çəkib və onunla yaxın münasibəti olub.

Maraqlıdır ki, Rusiya mətbuatı Cabir Həsənovun qətlini də "Rafiq Masallinskı"nin intiqamı kimi izah edirdi. Məlumata görə, "Rafiq Masallınski" bu qətldən sonra yaxın ətrafına "sırada daha 6 nəfər qaldı" deyib. Bu isə onun qulağının kəsilməsində iştirak edənlərin sonadək cəzalandırılacağı kimi yozulub.

Ancaq məlumatlı mənbənin virtualaz.org-a verdiyi məlumata görə, Odessadakı silahlı hücumu "Rövşən Lənkəranski”nin yaxın qohumu Zaur ("Zayka”) Məmmədov təşkil edib. Bildirilir ki, "Rövşən Lənkəranski”nin ölümündən sonra o, Rusiya paytaxtında bir sıra bazarlarda öz təsir dairəsini genişləndirib.

///musavat

Oxunma sayı : 11280

SON XƏBƏRLƏR
Bakı aeroportunda gömrük işçilərinin vəhşiliyi: Sərnişinlərə və uşaqlara zülm verdilər - 21 Noyabr 2017, 01:27
Könülün qızının xınası oldu -Foto- Video - 20 Noyabr 2017, 23:50
“Çelsi” futbolçuları Bakıya yola düşüblər – FOTO - 20 Noyabr 2017, 22:57
Elmira Axundovanın oğlu ittihamlara cavab verdi - 20 Noyabr 2017, 22:16
Dönər aparatının üzərində ət yerinə siçanlar — Bakıda ŞOK VİDEO - 20 Noyabr 2017, 22:09
Abbas Bağırovun toyundan - Fotolar - 20 Noyabr 2017, 21:45
Rejissor və aktrisa haqqında ölüm fərmanı - Öldürənə mükafat veriləcək - 20 Noyabr 2017, 21:12
Sabah Bakının bir hissəsində təbii qaz olmayacaq – XƏBƏRDARLIQ - 20 Noyabr 2017, 20:50
UEFA Azərbaycanın 6 komandasına maliyyə yardımı edib - 20 Noyabr 2017, 20:29
Rusiyada dublaj qadağan edilir - 20 Noyabr 2017, 20:09
Türkiyədə NATO-dan çıxmaq məsələsi müzakirə olunur - 20 Noyabr 2017, 18:20
Tanınmış vəkilin fəaliyyəti dayandırılıb - 20 Noyabr 2017, 18:00
Masallı sakinlərinin 20 illik yol problemi – VİDEO - 20 Noyabr 2017, 17:29
Yol polisi sürücünü döyülməklə təhdid etdi - VİDEO - 20 Noyabr 2017, 17:20
Əli Həsənovun nəvəsinin məhkəməsi başlayır - 20 Noyabr 2017, 17:18
Abbas Bağırovun toyudur - 20 Noyabr 2017, 17:13
“Oğlum toy gecəsi ağlayaraq evə gəlib...” - Qatilin anası - 20 Noyabr 2017, 17:04
Azərbaycanda əsgərin ölümündə təqsirləndirilən gizir azadlığa buraxıldı - 20 Noyabr 2017, 16:43
Ağdamda 15 yaşlı Qığılcımın intiharı: “Sınaq imtahanında az bal yığıbmış...” - 20 Noyabr 2017, 16:33
Astarada dağ uçdu, qaya parçaları yolu bağladı - 20 Noyabr 2017, 16:28
"Mən bunun müalicəsi üçün haralara kimi getməmişəm" - 20 Noyabr 2017, 16:15
Azərbaycanlı müğənni türkiyəli ərindən boşandı? - 20 Noyabr 2017, 16:09
Nazirliqdən xəbərdarlıq: Azərbaycanda toz dumanı olacaq - 20 Noyabr 2017, 15:57
Bakıda 6 aylıq körpə ölü tapıldı - 20 Noyabr 2017, 15:54
"Azərbaycan Qərbin etibarlı tərəfdaşı hesab olunur" - Əli Həsənov - 20 Noyabr 2017, 15:40
Doğuşdan sonra komaya düşən qadının vəziyyəti ağırdır - RƏSMİ - 20 Noyabr 2017, 15:16
“Rasim Balayev 1300 manat təqaüd alır...” - İttifaqdan açıqlama - 20 Noyabr 2017, 15:11
Müğənnilərin toy qiymətləri - Abbas 16 min, Elton 15 min - 20 Noyabr 2017, 14:56
"Qarabağ" - "Çelsi" matçı kimə həvalə olundu? - 20 Noyabr 2017, 14:50
Barama Lissabon veb-sammitində - 20 Noyabr 2017, 14:46
Akif Çovdarov apellyasiya şikayəti verib - 20 Noyabr 2017, 14:27
Azərbaycanlı hərbçi qız partlayış zamanı həlak oldu - FOTOLAR - 20 Noyabr 2017, 14:12
İdmançı qızı öldürən sürücüyə hökm oxundu - 20 Noyabr 2017, 14:09
"Dağlıq Qarabağla bağlı bütün ideyalar danışıqlar masasındadır" - Nazir - 20 Noyabr 2017, 13:59
Yeni yaradılan dövlət qurumunda maaşlar nə qədər olacaq? - 20 Noyabr 2017, 13:51
"Ərəb Baharı"ndan sonra indi də "Afrika Baharı" - Qara qitədəki diktatorlar devrilir - 20 Noyabr 2017, 13:44
“Adım Nurlandır, dostlarım “Pərvanə” deyir” - Transların cinayəti - 20 Noyabr 2017, 13:28
Temperatur 5-7 dərəcə düşəcək, qar yağacaq - Xəbərdarlıq - 20 Noyabr 2017, 13:23
"Qarabağ" - "Çelsi" oyunu üçün 400 avtobus ayrıldı - 20 Noyabr 2017, 13:09
Bakıda zavodda partlayış: ölən və yaralanan var - 20 Noyabr 2017, 13:06
“Heç nə kömək etmir…” - Fuad Poladov ağır durumda - 20 Noyabr 2017, 12:51
Qazaxda faciəvi şəkildə həlak olan 5 bacının tək qardaşı - FOTO - 20 Noyabr 2017, 12:48
Deputat oğlunun şəriki həbs olundu - 20 Noyabr 2017, 12:31
Lotu Quliyə qarşı sui-qəsdin TƏFƏRRÜATI - 20 Noyabr 2017, 12:12
"Erməni təxribatının qurbanı olmuş övladlarımızın qanı yerdə qalmayacaq" - İlham Əliyev - 20 Noyabr 2017, 11:56
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: azxeber@mail.ru
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10