05:28 Cümə Axşamı, 12 Dekabr 2019
KRİMİNAL

Azərbaycanlı Rusiyada kursantı maşınla vurub öldürdü

14:24, 01.08.20193196
Azərbaycanlı Rusiyada kursantı maşınla vurub öldürdü

Rusiyada Azərbaycan vətəndaşı idarə etdiyi avtomobillə dəniz kollecinin kursantını vurub.

Hadisə Sankt-Peterburq şəhərinin Primorsk rayonunda qeydə alınıb.

 

46 yaşlı azərbaycanlı iyulun 30-da, axşam saatlarında idarə etdiyi "Ford Mondeo” maşını ilə tənzimlənməyən keçiddən keçərkən 19 yaşlı kursantı vurub. Gənc aldığı xəsarətlərdən keçinib.

Məlum olub ki, azərbaycanlı Sankt-Peterburqda qeydiyyatsız yaşayıb və işsiz olub.

Sürücü saxlanılıb.

 

oxu.az

XƏBƏR LENTİ