05:21 şənbə, 07 Dekabr 2019
KRİMİNAL

Azərbaycanlı “vor zakon”ların dəbdəbəli məzarları rus mediasında - Fotolar

14:33, 01.08.20194918
Azərbaycanlı “vor zakon”ların dəbdəbəli məzarları rus mediasında - Fotolar

"Ekspress-qazeta” kriminal avtoritetlərin dəbdəbəli məzarlarının siyahısını hazırlayıb.

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi məlumatına görə, siyahıda azərbaycanlı "vor zakon”ların məzarları da yer alıb. 

Materialda 2016-cı ildə Türkiyənin İstanbul şəhərində öldürülən kriminal avtoritet Rövşən Lənkəranskinin (Caniyev) Azərbaycanda dəfn olunduğu, orada onun üçün böyük heykəl ucaldıldığı bildirilib.

 

Siyahıda daha bir azərbaycanlı kriminal avtoritetin də məzarı yer alıb. Bu, Hikmət Sabirabadlıdır (Muxtarov). Onun qəbrinin üstündəki heykəl avtoritetin qızılı taxt-tacda oturduğunu əks etdirir.  

"Yaponçik” ləqəbli rusiyalı kriminal avroritet Vyaçeslav İvankovun məzarı isə Rusiyanın Moskva şəhərində yerləşir. Əvvəllər onun qəbri üstünə ödənişli ekskursiyalar da təşkil olunurdu.

2013-cü il yanvarın 16-da Moskvanın mərkəzində yerləşən "Köhnə fayton” restoranının yaxınlığında qətlə yetirilən Rusiyanın kriminal dairələrində məşhur avtoritet kimi qəbul olunan "Ded Həsən”i Tbilisidə anası ilə qardaşının yanında dəfn etmək istəsələr də, Gürcüstan hökuməti onun cənazəsinin olduğu təyyarəni qəbul etməkdən imtina edib. Nəticədə, təyyarə Donetsk ilə Moskvaya qayıtmaq məcburiyyətində qalıb və onun cəsədi hava limanından Troyekurovski qəbiristanlığına gətirilərək yanvarın 20-si dəfn edilib.


Novosibirskdən olan biznesmen, qazlı içki satışı ilə varlanan, "Qazirovka” ləqəbli Boris Çubarov "vor zakon” olmasa da, adı sosial şəbəkələrdə kriminal avtoritetlərlə birlikdə hallanıb. Kriminal aləmlə geniş əlaqələrə malik olan Çubarov 2004-cü il 13 iyunda qaraciyər sirrozundan vəfat edib. O, artıq 15 ildir ki, Novosibirsk qəbiristanlığında ən görkəmli qəbirlərdən birinə sahibdir. Belə ki, qəbiristanlıqda onun "Mercedes”in yanında dayanmış təsviri yaradılıb. 

 

 


XƏBƏR LENTİ