“Azərbaycansız AŞPA özü də yaşaya bilməz” - Səməd Seyidov

11 Oktyabr 2017, 16:50
AAA

"AŞPA-dakı bugünkü müzakirələr bir daha göstərdi ki, burada müxtəlif qruplar, xüsusilə ermənilər tərəfindən dəstək alanlar Azərbaycanı ciddi tənqid etmək cəhdlərini ortaya qoymağa çalışdılar. Təsəvvür edin, çox vaxt AŞPA-nın iclaslarında iştirak etməyən şəxslər hamısı bura gəlib, Azərbaycanla bağlı bu fürsəti əldən vermək istəmədilər".
 

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
 
S. Seyidovun sözlərinə görə, həmin şəxslər açıq-aşkar öz qarşılarına məqsəd qoyublar ki, Avropa Şurası daxilində Azərbaycana qarşı lobbiçilik, nifrət kampaniyası yaratsınlar: "Burada yalan, böhtan, Azərbaycana qarşı ağlasığmaz faktları gündəmə gətirib səsləndirirlər. Bir faktı deyim, Azərbaycan hüquqi islahatlarla bağlı dünya hüquq təşkilatının ən fəal üzvlərindən biridir, ölkədə hüquqi islahatlar, hakimlərin təyin olunması, qanunvericiliyin inkişaf etdirilməsi kimi məsələlər bütün dövlətlər tərəfindən qəbul olunub və bu, danılmaz faktdır. Ancaq məruzəyə "Azərbaycanda hüquqi islahatlara başlamaq lazımdır" sözlərini əlavə etmək o deməkdir ki, ya onlar Azərbaycanda gedən prosesləri ümumiyyətlə bilmirlər, ya da Azərbaycana qarşı qəsdən əsassız iddialar irəli sürürlər.

Bugünkü müzakirələrdə onların əsas məqsədi Azərbaycanla Avropa Şurası arasında uçurum yaratmaq idi. Ancaq onlar istədiklərinə nail ola bilmədilər. Çünki çıxışlar arasında Azərbaycanın inkişafı, mövqeyi, rolu, gördüyü işlərlə bağlı həm Azərbaycan nümayəndə heyəti tərəfindən, həm bir sıra AŞPA deputatları tərəfindən konkret faktlar çatdırıldı. Əsas odur ki, burada da başa düşdülər ki, Avropa Şurasının baş katibi Avropa İnsan Haqları Məhkəməsində on minlərlə yerinə yetirilməmiş işi kənara qoyaraq yalnız bir işdən yapışıb, Azərbaycanın nüfuzuna, mövqeyinə birbaşa zərbə vurmaq niyyətindədir. Biz bu məsələni də burada qaldırdıq".
 
S. Seyidov bəzi çıxışların arxasında erməni lobbi qüvvələrinin pullarının dayandığını bildirdiklərini də deyib: "Biz konkret olaraq bildirdik ki, hansısa ölkələrlə dialoq qurmaq üçün gecə-gündüz çalışırlar, Azərbaycanla bağlı isə uçurum yaratmaq istəyirlər. Bu cəhdlər elə-belə deyil, bunların arxasında Azərbaycanı istəməyən qüvvələr var. Ancaq bunlar ayaq tutar, yeriyə bilməzlər. Yalan və böhtan üzərində qurulmuş kampaniya heç vaxt nəticə verə bilməz. Azərbaycan öz işlərini davam etdirir, həqiqətləri AŞPA deputatlarına da, Avropa ictimaiyyətinə də çatdırır. Bu gün Azərbaycan güclü və müstəqil dövlətdir. Avropa Şurası, AŞPA Azərbaycanla əlaqələr qurmaqda daha çox maraqlıdır, nəinki Azərbaycan. Çünki onlar da başa düşürlər ki, Azərbaycansız, Azərbaycanın Şərqlə Qərbi birləşdirən fəlsəfəsi olmadan AŞPA özü də yaşaya bilməz".   
 
O, bəzilərinin Azərbaycanda gedən islahatları, ölkədəki qaçqın və məcburi köçkünlərlə bağlı görülən işləri inkar etdiklərini də diqqətə çatdırıb.
 
"Ümumiyyətlə, bu gün biz AŞPA-da ağa qara demək siyasətini və davranışını gördük. Mən əminəm ki, bu gün qəbul olunan məruzələr AŞPA-ya utanc gətirən bir sənədlərdir. Xüsusən İnsan Haqları Komitəsi adından qəbul olunmuş "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” sənədi qeyd etmək istəyirəm. Özü də bunu tam məsuliyyətlə deyirəm. Çünki məsələləri süni şəkildə gərginləşdirmək, hesabata həqiqətdən uzaq olan faktları daxil etmək onu ciddilikdən çıxarıb, qeyri-ciddi sənəd halına gətirir. Azərbaycan müstəqil dövlət kimi belə bir sənədlə işləyə bilməz”, - deyə S. Seyidov qeyd edib.


 


Oxunma sayı : 144

SON XƏBƏRLƏR
Mustafa və xanımı boşanır? - 20 Oktyabr 2017, 00:11
Cüdoçumuz dünya çempionu oldu - 19 Oktyabr 2017, 23:33
Nanə Ağamalıyeva avtomobil qəzasına düşdü - 19 Oktyabr 2017, 22:23
Hafka "Qarabağ"ın rəqibinə Bakıda qonaqlıq verdi: Bahalı içkilər, gecəyarısına kimi davam edən əyləncə... - 19 Oktyabr 2017, 20:20
Bakıda 70 "avtoş" saxlanıldı - 19 Oktyabr 2017, 19:53
Amerikalı həmsədrdən Qarabağ bəyanatı - 19 Oktyabr 2017, 19:51
FETÖ-nün Azərbaycandakı "boz kardinalı" həbs edildi - 19 Oktyabr 2017, 19:50
Qadın sanıb evə apardı: soyunanda həyatının şokunu yaşadı - FOTO - 19 Oktyabr 2017, 19:49
Nazir Azad Rəhimov: "Qarabağ" hakim səhvi ilə bağlı UEFA-ya şikayət edəcək" - 19 Oktyabr 2017, 19:46
Azərbaycan Prezidenti Türkiyədə səfərdədir - 19 Oktyabr 2017, 19:43
Nişanlısı zənginə cavab verməyincə evlərinə getdi: gördüyündən şok oldu - FOTO - 19 Oktyabr 2017, 19:41
Dollar sabah neçəyə olacaq? - RƏSMİ MƏZƏNNƏ - 19 Oktyabr 2017, 18:37
11-ci sinfi şagirdinin ölümünə səbəb olan "zavuç"a - 500 manat cərimə - 19 Oktyabr 2017, 17:44
"Biz öz gücümüzə arxalanmalıyıq" - Əli Həsənov - 19 Oktyabr 2017, 17:33
"Sənin Elşad Xose qədər ağlın olsaydı, bu sözü deməzdin" - Oksana keçmiş ərini müdafiə etdi - 19 Oktyabr 2017, 17:30
Rəşad Sadıqov Messi ilə eyni siyahıda - Ən yaxşı 11-lik - 19 Oktyabr 2017, 17:19
Prezident Xanbala Orucov haqqında sərəncam imzaladı - 19 Oktyabr 2017, 17:09
Çavuşoğludan Azərbaycana qarşı qəbul olunan sənədlə bağlı AÇIQLAMA - 19 Oktyabr 2017, 16:59
DYP açıqladı: Maşında söhbət etsəz, cərimələnəcəksiz - 19 Oktyabr 2017, 16:59
İTV-də maliyyə pozuntuları aşkarlandı - RƏSMİ - 19 Oktyabr 2017, 16:37
"Azəristiliktəchizat"a qarşı maliyyə sanksiyası tətbiq olunacaq - 19 Oktyabr 2017, 16:31
"Biz özümüzü gec-tez göstərməliydik" - Şehiç - 19 Oktyabr 2017, 16:20
4 noyabrın sirri açıldı - 19 Oktyabr 2017, 16:16
"Qanun nəşriyyatı" Gömrük İdarəsini məhkəməyə verdi - 19 Oktyabr 2017, 16:09
Nazir müavini nazirlə quda oldu - 19 Oktyabr 2017, 15:57
"Ndlovunun epizodunda penalti yox idi" - İspaniyalı məşhur hakim - 19 Oktyabr 2017, 15:48
Fəhlə arvadının iki kişi ilə görüntülərini çəkdi - Bakıda şok - 19 Oktyabr 2017, 15:34
"Qalatasaray" - "Fənərbaxça" derbisinin hakimi bəlli oldu - 19 Oktyabr 2017, 15:24
Tibb bacısı olan ana işdə 7 yaşlı oğlunun cəsədi ilə qarşılaşdı...- Salyanda faciə - 19 Oktyabr 2017, 15:00
Heydər Əsədov aqrar sektoru necə batırır - Dövlətin göyə sovrulan milyonları (RƏQƏMLƏR) - 19 Oktyabr 2017, 14:59
“Qarabağ”ın UEFA-da reytinqi açıqlandı - 19 Oktyabr 2017, 14:47
Tacir sevgilisi olmuş Fədayə Laçın haqqında: "Onun kimi kimsə ola bilməz" - 19 Oktyabr 2017, 14:32
Xəzərdə zəlzələ oldu - 19 Oktyabr 2017, 14:17
Müəllim "D" hərfini yaza bilməyən 1-ci sinif şagirdini şillələdi - VİDEO - 19 Oktyabr 2017, 13:59
"Məktəb illərində mənə qoçu deyirdilər" - Elza Seyidcahan - 19 Oktyabr 2017, 13:49
Mingəçevirdə kütləvi dava: 22 yaşlı gənc ağır yaralandı - 19 Oktyabr 2017, 13:36
Olimpiya çempionu: Fürsət tapan kimi məni zorlayırdılar - 19 Oktyabr 2017, 13:21
Novxanıda iranlı tələbəni öldürənlər daha bir evə basqın etdilər - 19 Oktyabr 2017, 13:02
Ağdam rayon İcra Hakimiyyətinin başçısı məhkəməyə çağırıldı - 19 Oktyabr 2017, 13:00
""Maşın-şou"da qanun pozuntusu yoxdur” - MTRŞ sədri - 19 Oktyabr 2017, 12:45
Həbs ediləcəyi deyilən Şəmsəddin Hacıyev danışdı - “Əgər fakt təsdiq edilərsə…” - 19 Oktyabr 2017, 12:40
Nazirdən qriplə bağlı ƏMR - 19 Oktyabr 2017, 12:17
"Qarabağ"ın matçında hakimin şübhəli qərarı zamanı stadionda müəmmalı olay - FOTO - 19 Oktyabr 2017, 12:03
Sevgilisi ilə qaçmaq istəyən qız öldü - 19 Oktyabr 2017, 11:53
"Könül Kərimovaya qanunsuz torpaq verilib" - Dövlət Komitəsi - 19 Oktyabr 2017, 11:51
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10