00:30 Cümə Axşamı, 24 May 2018
İQTİSADİYYAT

Azercell “Bakı Marafonu – 2018”-in eksklüziv tərəfdaşı oldu

16:56, 14.05.20185122
Azercell “Bakı Marafonu – 2018”-in eksklüziv tərəfdaşı oldu
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azercell Telekom-un eksklüziv tərəfdaşlığı ilə ölkəmizdə sağlam həyat tərzinin təbliği və idmanın inkişafına yönəlik "Bakı Marafonu-2018” yarışı uğurla baş tutub.

AZXEBER.COM xəbər verir ki, 18 minədək insanı öz ətrafına toplamış və "Küləyə qalib gəl” şüarı altında keçirilən "Bakı Marafonu- 2018” mayın 13-də Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometrlik məsafəni əhatə edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə keçirilən bu yarışa Azərbaycan vətəndaşları ilə yanaşı xarici vətəndaşlar da qatılıb.

Yarışının mükafatlandırma mərasimi Bakı Olimpiya Stadionunda baş tutub. Belə ki, kişilər arasında Ukrayna vətəndaşı İqor Olefirenko birinci, iranlı Məhəmməd Cəfər Muradi ikinci, türkiyəli Ömər Alkanoğlu isə üçüncü yerə sahib çıxdı. Qadınların arasında isə Türkiyə vətəndaşı Çelik Fadimə birinci, ukraynalı Valentina Poltavska ikinci, Rusiyadan olan Anastasiya Petrova isə üçüncü yeri qazanıb.

Marafonun əsas tərəfdaşı olan Azercell şirkətinin bənövşəyi rəngli köynəklərində yarışanlar arasında finişə çatan ilk üç nəfər- Namiq Əsədov, Samir Paşayev və Tural Sadıxlı da dəyərli hədiyyələrlə şirkət tərəfindən mükafatlandırılıblar.

"Bakı Marafonu -2018” tədbirinin keçirildiyi bütün ərazilərdə mükəmməl rabitənin təmin edilməsi məqsədilə Azercell Telekom şəbəkə tutumunu əlavə qurğular vasitəsilə daha da gücləndirib.

Qeyd edək ki, Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev başda olmaqla 40-a yaxın Azercell əməkdaşı və 60-dan yuxarı Azercell-in korporativ müştərisi də yarışa qatılıb.

Xatırladaq ki, Azercelkl Telekom 2017-ci ilin sentyabr ayında Gəncə şəhərində keçirilmiş marafonun da əsas tərəfdaşı qismində çıxış edib.   
 

 



XƏBƏR LENTİ