15:23 Bazar Günü, 26 Yanvar 2020
İQTİSADİYYAT

Azercell-dən rəqəmsal Yeni il kampaniyası!

15:42, 11.12.20193064
Azercell-dən rəqəmsal Yeni il kampaniyası!
Kampaniyaya qoşulan abunəçilər şirkətin rəqəmsal həllərindən internet sərf etmədən yararlanacaq

AZXEBER.COM xəbər verir ki, telekommunikasiya sahəsində dünya tendensiyaları ilə hər zaman ayaqlaşaraq istifadəçilərinə rəngarəng mobil həllər təqdim edən Azercell Telekom qarşıdan gələn 2020-ci il münasibətilə "Yeni İl Kampaniyası”na start verir. Belə ki, 9.12.2019 – 9.01.2020 tarixləri ərzində davam edəcək kampaniya çərçivəsində iVi, Bookmate, Zvuk xidmətlərdən istifadə edən abunəçilər üçün internet xərcləmələri ödənişsiz olacaqdır.

Kampaniyadan yararlanmaq üçün abunəçinin xətti 2 tərəfli açıq və balansda minimum 1 azn vəsait olmalı, ən əsası isə, internet xətti aktiv olmalıdır. Abunəçilər kampaniyaya daxil olan xidmətlərin müvafiq şifrələrini yığaraq Azercell-in təqdim etdiyi bu fürsətdən yararlana bilərlər.

Qeyd edək ki, iVi Mobil Cinema xidmətinə aylıq qoşulma üçün *302#, Bookmate xidmətinə aylıq qoşulma üçün *533# və Zvuk xidmətinə aylıq qoşulma *707# şifrəsini yığmaq lazımdır.

Xatırladaq ki, Azercell Plus xidmətləri çərçivəsində təqdim edilən iVi, Bookmate və Zvuk mobil tətbiqləri minlərlə film, kitab və musiqi parçasından limitsiz şəkildə yararlanmaq imkanı yaradır. Azercell abunəçiləri üçün xüsusi güzəştlə təqdim olunan bu rəqəmsal xidmətlərdən bir ay ərzində internet xərcləri ödəmədən yararlanma imkanı şirkətin öz müştərilərinə bayram ərəfəsində təqdim edəcəyi hədiyyələrdən biridir.
 

 



WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ