03:27 Bazar Ertəsi, 18 Dekabr 2017
İQTİSADİYYAT

Azercell-dən tələbələrə daha bir dəstək

16:44, 05.12.2017205
Azercell-dən tələbələrə daha bir dəstək
Azercell Telekom MMC daha bir layihədə tələbələrə dəstək olub.  Belə ki, şirkətin  dəstəyi və ABŞ Təhsilli Azərbaycanlı Tələbələr İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Azərbaycan Biznes Keys 2017” müsabiqəsinin final mərhələsi baş tutub. Dekabrın 3-də Hilton otelində keçirilən final mərhələsində qaliblər bəlli olub.
Məlumat üçün bildirək ki, "Azərbaycan Biznes Keys Müsabiqəsi” ölkəmizin qabaqcıl universitetlərini təmsil edən tələbə komandaların iştirak etdiyi ənənəvi müsabiqədir.
Bu il müsabiqədə iştiraka  5 universitet - ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası və Bakı Ali Neft Məktəbini təmsil edən 26 komanda qoşulsa da, onlardan yalnız 16-sı yarımfinal mərhələsinə çıxmağa nail olub və 4 komanda final mərhələsində iştirak edib. Bütün komandalar 6 həftə ərzində biznes analizi, strategiyanın qurulması, təqdimat etmək bacarığı və s. mövzularda təlimlər keçiblər. Bununla yanaşı komandalar final mərhələsindən öncə sınaq təqdimatlarında da iştirak ediblər.
Qaydalara uyğun olaraq yarımfinal mərhələsində komandalar öz layihələrini yerli və beynəlxalq biznes qurumlarını təmsil edən hakimlər qarşısında təqdim ediblər. Dörd yarımfinal qalibi olan komanda isə birinci yer uğrunda mübarizə məqsədilə hakimlər qarşısında öz təhlillərinin təqdimatı ilə çıxış edib.
Qalib komandalar ümumilikdə 10.000 AZN mükafat əldə ediblər. (I yer 6000 AZN, II yer 3000 AZN və III yer 1000 AZN).
Bu müsabiqədə tələbələr maliyyə, marketinq, mühasibat, texnologiya və idarəetmə kimi sahələrdə əldə etdikləri bilikləri tətbiq etməklə real həyatda şirkətlərin qarşılaşdıqları biznes problemləri əsasında yazılmış Harvard Business School-un konkret hadisələrini həll edir və onları Azərbaycanın işgüzar dairələrinin nümayəndələrindən ibarət olan münsiflər heyətinə təqdim edirlər.
 
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz           
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də "Opensignal” və "Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.  
0
XƏBƏR LENTİ